“Nərgiztəpə” – tarixi-arxeoloji və siyasi-ideoloji əhəmiyyəti

Sharing is caring!

Nərgiztəpə Dağlıq Qarabağ ərazisində yerləşən qədim yaşayış məskənlərindən biridir. Nərgiztəpə Xocavənd rayonunun ərazisində o qədər də böyük olmayan bir ərazini (təxminən 1 hektardan çox) əhatə edir. Onu da xatırladım ki, bu tarixi məkan keçmiş DQMV – nin Azərbaycanın nəzarətində olan hissəsində yerləşir (keçmiş DQMV – nin Martuni rayonunun ərazisi).

 

Tarixi-arxeoloji əhəmiyyəti

Qarabağ, xüsusən də onun dağlıq hissəsində yerləşən istənilən tarixi abidə, qədim insan məskəni kimi, Nərgiztəpə də böyük tarixi-arxeoloji əhəmiyyətə malikdir.

Aparılmış araşdırmalar zamanı buradan bir çox qədim mədiniyyət nümunələri aşkar olunmuşdur.

Lakin əfsuslar olsun ki, bu ərazidə kifayət qədər ətraflı arxeoloji tədqiqat keçirilməmiş bu məkanın tarixi əhəmiyyəti yetərincə araşdırılmamışdır.

Yerli əhali arasında olan rəvayətə qörə “Kitabi-Dədə Qorqud” dastanında bəhs olunan hadisələrdən bəziləri  məhz Nərgiztəpə yaxınlığında baş vermişdir. Əlbətdə ki, digər faktlarla yanaşı bu faktın da  mütəxəssislər tərəfindən ciddi araşdırılmasına ehtiyac var. Nərgiztəpə Qarabağın qədim tarixinə açılan qapılardan biridir, bizim bouynumuza düşən isə bu qapının açarını tapmaqdır.

Zənn edirəm ki, Nərgiztəpədəki qədim qəbiristanlıq arxeoloqlar və etnoqroflar üçün xüsusi maraq kəsb edir, buradakı qəbirlərin onların üzərində olan işarələrin təhqiqatı, bizə bu bölgənin tarixinin bir çox qaranlıq mətləblərindən xəbər verə bilər.

Onu da xatırladım ki, Nərgiztəpə erməni ordusunun mövqelərinə kifayət qədər yaxın bir ərazidə yerləşir. Bu qonşuluq tarixi məkanı təhlükə altında qoyur, belə ki, ermənilərin işğal olunmuş Azərbaycan ərazilərində xüsusilə də yay aylarında törətdiyi yanğınlar, bizim nəzarətimizdə olan əraziyə də keçərək buralara ziyan vurmaqdadır. 2006 – cı ildə ermənilər tərəfindən törədilmiş bu yanğınlardan biri Nərgiztəpə ərazisinə də keçmiş və buradakı qədim qəbirlər bu yanğından zədələnmişdir.

Ermənilərin işğal olunmuş ərazilərimizdə aktiv “arxeoloji təhqiqatlar və axtarışlarla” məşğul olduğunu nəzərə alsaq, Nərgiztəpədə hər tərəfli arxeoloji təhqiqatların aparılmasına nə dərəcədə böyük ehtiyacın olmasını görə bilərik.

Siyasi-ideoloji əhəmiyəti

Nərgiztəpənin tarixi əhəmiyyəti ilə yanaşı həm də böyük siyasi-ideoloji əhəmiyyəti vardır. Məsələn onu deyə bilərəm ki, əhalimizin böyük hissəsi keçmiş DQMV – nin ərazisinin bu hissəsinin Azərbaycan ordusunun nəzarətində olduğunu bilmir.

Nərgiztəpənin yerləşdiyi ərazi qızğın döyüşlərin qetdiyi və neçə neçə gəhraman oğullarımızın şəhid olduğu yerdir.

Buranın həm strateji (Martuni rayon mərkəzi ovucunun içi kimi qörünür, oradan da Xankəndiyə yol qedir) həm də böyük siyasi (DQMV-nin Azərbaycanın nəzarətində olan yeganə hissəsi) əhəmiyyəti mütləq istifadə olunmalıdır.

Bura həm gənclərin vətənpərvərlik ruhunda böyüdülməsi həm də Dağlıq Qarabağın azərbaycan icmasının fəaliyyəti üçün çox əlverişli bir ərazidir.

Zənnimcə Qarabağın işğal olunmuş rayonlarının və Dağlıq Qarabağın azərbaycanlı icmasının mənzil gərargahlarının burada yerləşdirilməsi daha əlverişlı və məqsədəuyğundur.

Bundan əlavə burada gənclər üçün, onların vətənpərvərlik ruhunda böyüdülməsi üçün çox gözəl bir yerdir. Məsələn burada gənclər üçün yay düşərgəsi salına bilər. Çox gözəl haldır ki, bu yaxınlarda Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) gənclər üçün snayper kursları açdı. Bu kurslarda iqidlərimizə snayper təlimi keçilir, zənn edirəm ki, bu təlimlərin bəziləri Qarabağ torpağında keçirilsə bu təlimlərlə yanaşı onlara Qarabağ torpağında bu bölgənin qədim və ən yeni tarixi barədə məlumat verilsə bu daha effektli olar. Çünki mübarizə təkcə güc və bacarıq yox həm də ideologiyadır.

Həmçinin məktəblilər və tələbələr də buranı ziyarət edə bilər. Əlbətdə ki, bunun üçün burada lazimi şərait yaradılmalı zəruri infrastruktur qurulmalıdır. Bildiyimə görə Xocavənd rayon icra hakimiyyəti burada müəyyən işlər görüb, amma zənn edirəm ki, buna respublika səviyyəsində dəstək verilməlidir. Bu ərazinin ən böyük problemi burada yolun olmamasıdır. Bu məsələlər həll olunarsa Nərgiztəpə Dağlıq Qarabağ torpağında Azərbaycanın ideoloji qalasına çevrilə bilər.

 

Əli Hacızadə

 

 

 

 

 

Comments

  1. Qonaq says:

    Allah Nərgiztəpəni qorusun…Amin!…

shares