“HTC” şirkəti “Nokia”nın 2 patentini pozub

45639ABŞ Beynəlxalq Ticarət Komissiyası bazar ertəsi Tayvanın “HTC” şirkətinin mobil telefonlar və planşetlərin hazırlanmasında Finlandiyanın “Nokia” korporasiyasına məxsus iki patent hüququnu pozması ilə bağlı ilkin qərar çıxarıb. ANS PRESS-in İCT news-a istinadla verdiyi məlumata görə, “HTC” radiosiqnallarda səhvlərin silinməsi və müxtəlif tezliklərdə mobil qurğuların işləməsi ilə əlaqəli Finlandiya istehsalçısının patentlərini pozub.

Bununla yanaşı, komissiya kompüterdən mobil telefona məlumatların ötürülməsi ilə bağlı “Nokia”nın məhkəməyə təqdim etdiyi şikayətdə göstərilən üçüncü patentdə pozuntular aşkar etməyib. Komissiya nümayəndələri bildiriblər ki, iki istehsalçının mübahisəsinə dair son qərar 2014-cü ilin əvvəlində veriləcək.