ATGTİ – “Bayraqdar” Milli İntellektual oyununu keçirtdi

Sharing is caring!

9 noyabr Dövlət Bayrağı Gününədə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) “Megafun” əyləncə mərkəzində “Bayraqdar” milli intellektual oyununu keçirtdi.

Xatırladaq ki, Azərbaycan bayrağının gənclər arasında təbliği üçün  “Bayraqdar” milli intellektual oyunu ilk dəfə 9 noyabr  2012 ci ildə ATGTİ tərəfindən keçirilmişdir.

Oyunda iştirak edən tələbələr Azərbaycan bayrağını simvolizə edən  “Göy”, “Qırmızı” “Yaşıl” və “Ay Ulduz” komandalarına bölündülər. Oyun ərzində komandalar “Megafun” əyləncə mərkəzinin ərzisində “Bayraqdar” oyunun qaydalarına uyğun olaraq sualların cavablarını tapmağa çalışdılar.

Sonda 7 suala da düzgün cavab verən “Ay Ulduz” komandası qalib gəldi.

Nəzərinizə çatıraq ki, “Megafun” əyləncə mərkəzi və “Mammamia” restoranı oynun keçirilməsinə təşkilati dəstəkçisi idi.

Qeyd edək ki, 1 il ərzində ATGTİ və AR Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi “İşıqlı Həyat” işıq qaytarıcıları da “Megafun” əyləncə mərkəzində qonaqlara paylanıldı.

Foto (6)

Foto (4) - Copy

Foto (8)

Foto (9)

Foto (3)

Foto (1)

Foto (17) - Copy

Hüseyn İsmayılov

ATGTİ-nin mətbuat katibi

shares