Ermənilər bu dəfə qəbrisatanlığa od vurdu — Foto

Sharing is caring!

24faa516f6b9de50467646822bbf230aÇıraqlı və Mirəşelli kəndləri alovla üz-üzə qaldı

Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunan Azərbaycan torpaqlarında son bir neçə gündə törədilən yanğınlar cəbhənin Ağdam istiqamətində neytral ərazini keçərək yaşayış olan kəndlərə yaxınlaşıb.

Ötən gecə miqyası genişlənən alov rayonun Çıraqlı və Mirəşelli kəndlərinin ərazilərinə qədər yayılıb.

Yanğın Baş Qərvənd və Mirəşelli kəndlərinin qəbiristanlığını da bürüyüb. Təmas xəttində yerləşdiyindən, məzarlığın xeyli hissəsi qısa müddət ərzində alovlanıb. Aidiyyəti qurumlar yanğının məhsul altında olan sahələrə keçməməsi üçün tədbirlər görüblər.

Yanğın səhərə yaxın söndürülüb.

3ce979266f7ab3682628c88f5c2931a0 6a9d28bdd8107ddbebce4923dc4764a7 24faa516f6b9de50467646822bbf230a (1) 87cfcb0e3938e6ece61ded5477deba99 29487e932514bf4628650c5041f4f55c b64c842af0356529881cb1d778a34627 bc510d6d9562321bb518f16ffa54906e c0424a2d9266a1cdf1a609e0a6ea750e e48ed8d63926a200469cf47e2fe987e5

Oxu.az

shares