İtaliyanın paytaxtında partlayış

Sharing is caring!

145971193111236362

İtaliyanın paytaxtında Romada partlayış baş verib, bu barədə İtaliya KİV-i məlumat yayıb.

“RAI News” telekanalının yaydığı məlumata görə, partlayış nəticəsində ölən və xəsarət alanlar haqqında rəsmi məlumat yoxdur.

ANSA informasiya agentliyinin yaydığı məlumata görə, partlayış poçt şöbəsinin girişində baş verib. Məlumata görə, partlayış nəticəsində yaxınlıqda park edilmiş avtomobil zədələnib.

Agentlik partlayışın səbəbinin müəyyən edilmədiyini bildirib, amma partlayıcı qurğunun işə salındığı da istisna edilmir.

Xəbər yenilənir.


www.oxu.az / BBC

shares