KİV: “Apple” iyunda üç yeni noutbuk modeli təqdim edəcək

Sharing is caring!

orig-14949930426af6bd8c5bd3795c908ac3a15828c5e3

“Apple” şirkəti iyunun əvvəlində üç yeni noutbuk modeli təqdim etməyi planlaşdırır.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Nəşrin məlumatına görə, “Apple” şirkətinin rəhbərliyi müvafiq bəyanatı San-Xosedə (Kaliforniya) iyunun 5-də keçiriləcək Texnoloji konfrans zamanı edəcək. Şirkət “İntel” şirkətinin “Kaby Lake” prosessoru ilə təmin edilmiş “MacBook Pro” noutbukunu, eləcə də 12 düyümlük “MacBook” və yenilənmiş “MacBook Air”i istehsal etmək niyyətindədir.

“İntel” və “Apple” tərəfindən rəsmi şərhlər verilməyib.

N.О.
www.oxu.az / RİA Novosti

shares