Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanış olublar

Sharing is caring!

14950371321455330741_1000x560

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2017” və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2017” sərgiləri ilə tanış olublar.

Sərgilərdə dünyanın 28 ölkəsini təmsil edən 331 şirkət iştirak edir. Sərgilərin iştirakçılarının 70 faizi xarici şirkətlərdir. Belarus, Çin, Gürcüstan, Macarıstan, Niderland və Şri-Lanka sərgilərdə milli stendlərini təqdim edirlər. Belarus builki sərgidə 11 şirkətlə təmsil olunur. Azərbaycanda keçirilən bu sərgilərə İtaliya, Qazaxıstan və Almaniya şirkətləri də böyük maraq göstəriblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərgilərdə nümayiş olunan stendlərə baxıblar.

14950371321455330741_1000x560 14950371331586315959_1000x560 14950371343195627000_1000x560

www.mehriban-aliyeva.az

shares