Bu gün Azərbaycanda 84.088 şagird üçün “Son zəng” çalınır

Sharing is caring!

09.06.17-1

Bu il Azərbaycanda XI sinifləri 84 088 nəfər şagird bitirir.

Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2016-2017-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 110 638 nəfər, XI siniflərini 84 088 nəfər, qiyabi  (axşam) ümumtəhsil məktəblərini isə 723 nəfər şagird bitirəcək.

2017-2018-ci tədris ilində I sinfə qəbul olunacaq şagirdlərin sayı üzrə proqnoz 164 945  nəfərdir.

Təhsil naziri Mikayıl Cabbarovun  əmrinə əsasən, “Son zəng” tədbiri iyunun 14-də yalnız ümumi təhsil müəssisələrinin ərazisində təşkil olunur.

Qeyd edək ki, təkcə Bakıda 19 525 nəfər XI sinfi, 599 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi siniflərdə) başa vuracaq.


www.oxu.az

shares