Dolların məzənnəsi gücləndi

Sharing is caring!

470ce8ae-5cf9-4fb9-b960-0545c32662b7

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın 14 iyuna olan məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi 1,7023 manat olub.

Manat avrozonanın vahid valyutası olan avroya qarşı da zəifləyib. Avro iyunun 13-nə olan 1,9053 manat məzənnəsindən 1,9092 manata yüksəlib.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi isə sabit qalıb.

14.06

oxu.az

shares