Donald Tramp ilk dəfə Fransaya səfərə gəlib

Sharing is caring!

i26

ABŞ prezidenti Donald Tramp Fransaya ilk səfərinə başlayıb.

ABŞ dövlət başçısının təyyarəsi artıq Parisin Orli aeroportuna eniş edib.

Fransa prezidenti Emmanuel Makron qonağı tarixi Əlillər Evində qarşılamaq niyyətindədir. Rəsmi mərasimdən sonra onlar üz-üzə danışmaq üçün Sena çayının sağ sahilinə, Yelisey sarayına yollanacaqlar. Ardından dövlət başçılarına nümayəndə heyətlərinin üzvləri də qoşulacaq. Görüşün yekunları ilə bağlı mətbuata açıqlamalar veriləcək.

İyulun 14-də D.Tramp Fransa Milli Günündə Yelisey meydanında keçiriləcək hərbi paradda iştirak edəcək. Amerikalı lideri bu tədbirə Birləşmiş Ştatların Birinci Dünya Müharibəsinə daxil olmasının 100 illiyi ilə əlaqədar dəvət ediblər.

www.oxu.az

shares