İsrail Türkiyədəki təmsilçiliklərini bağlayıb

Sharing is caring!

1020743909

İsrailin Türkiyədəki diplomatik nümyəndəlikləri, Ankaradakı səfirliyi və İstanbuldakı konsulluğu müvəqqəti olaraq bağlanıb.

Bununla bağlı ölkənin Xarici İşlər Nazirliyi uyğun qərar qəbul edib.

İnformasiyaya əsasən, diplomatlar yaşadıqları mənzildə işləyirlər.

Məlumata görə, diplomatik təmsilçiliklərin bağlanmasına iki səbəb göstərilir. Bunlar iyulun 23-də İordaniyanın Amman şəhərindək İsrail səfirliyinin mühafizəçisinə və Türkiyədə keçirilən yürüşlər zamanı sinaqoqa hücumdur.

Səfirliyə hücum edən şəxs zərərsizləşdirilib.

Qüdsdəki “Əl-Əksa” məscidinə İsrail hökumətinin tətbiq etdiyi məhdudiyyətə etiraz olaraq, Türkiyədə yürüş keçirilib.

www.oxu.az

shares