Perunun sabiq prezidenti və onun həyat yoldaşı nəzarətə alınıb

Sharing is caring!

inx960x640

Perunun sabiq prezidenti Olyanta Umala və onun həyat yoldaşı Nadin Erediya nəzarətə alınıb.

Onlar barəsində ilkin olaraq 18 aylıq həbs-qətimkan tədbiri seçilib.

Hökm açıqlanan kimi məhkumlar polisin müşayiəti ilə məhkəməyə yollanıb və təslim olub. Hələlik keçmiş dövlət başçısı və xanımının məhz hansı həbsxanada saxlanılacağı məlum deyil.

İstintaqın məlumatına görə, O.Umalanın prezident olduğu dönəmdə (o, 2016-cı ilin iyul ayında vəzifədən gedib) Venesuela hökumətindən, eləcə də, 2006 və 2011-ci illərdə seçki kampaniyalarında Peru Milliyyətçi Partiyasının maliyyələşdirilməsi üçün “Odebrecht” tikinti şirkətindən və OAS firmasından pul aldığı ehtimal olunur.

www.oxu.az

shares