Rusların öldürdüyü İŞİD lideri Suriyada “xortladı”

Sharing is caring!

pic_a555c4aa2c8016f100b789c12ed2a4eb

İŞİD terror təşkilatının lideri Əbu Bəkr Əl-Bağdadi sağdır və Suriyanın şərqindəki Deyr-əz-Zor əyalətində gizlənir.

Bu barədə çərşənbə axşamı “Al-Quds Al-Arabi” qəzeti yazıb.

Nəşrin mənbələrinin məlumatına görə, Əl-Bağdadi İraq ilə sərhəddə yerləşən Deyr-əz-Zorun Əlbu-Kamal və Əl-Məyadin yaşayış məntəqələri arasında ola bilər. Suriya və İraqdakı şəhərlər üzərində nəzarəti itirən İŞİD-in səhra komandirləri və əksər rəhbərləri ora üz tutublar.

Qəzet yazır ki, bir nömrəli terrorçu əvvəlki kimi qruplaşmanın idarə olunmasında əsas rol oynayır.

www.oxu.az

shares