Rusiyada telefon və üst geyimlərin təyyarəyə keçirilməsi pullu ola bilər

Sharing is caring!

teyyare

Rusiya Nəqliyyat Nazirliyi sərnişin və baqaj daşınmasına dair yeni aviasiya qaydalarını təklif edib.

Yeni qaydalar əl yükünün minimal çəkisinin 5 kiloqram olmasını nəzərdə tutur.

Bununla belə, sərnişin özü ilə göyərtəyə əlavə ödəniş olmadan götürə biləcəyi əşyaların siyahısından üst geyimləri, çətir, noutbuk, mobil telefon, fotoaparat və videokamera çıxarılıb.

Dəyişikliklərin Federasiya Şurası tərəfindən razılaşdırılması və qaytarılmayan aviabilet alındıqda pulsuz baqaj daşınmasının ləğvi barədə qanunun prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minməsi ehtimal olunur.

www.oxu.az

shares