İflic xəstələri ilə kompüter arasında əlaqə yaradan cihaz hazırlanıb

Sharing is caring!

1499741782283657863_1000x669

İflic xəstəliyi keçirənlərin klaviaturada mətn yığması üçün xüsusi cihaz hazırlanıb. Məxsusi proqram təminatı iflic xəstəsinin beynini kompüterlə əlaqələndirməyə imkan verir. Aparatı hazırlayan ABŞ-ın Stenford Universitetinin alimləri təsdiq edirlər ki, cihaz iflicdən əziyyət çəkənlərin sözlərini böyük dəqiqlik və sürətlə kompüterə ötürməyə, displeydə mətn şəklində əks etdirməyə qadirdir.

İflic keçirənin beynini kompüterlə sözün daşıyıcısı olan sinir impulslarını ötürən kabel birləşdirir. Məxsusi yaradılmış alqoritmlər sayəsində xəstənin düşündüyü söz və ifadələrin monitorda mətnə çevrilməsi baş verir.

Cihazın köməyi ilə ünsiyyət qurmaq üçün o qədər də mürəkkəb olmayan qısamüddətli təlim keçmək lazımdır.

www.oxu.az 

shares