Gulustan.info
Qazaxıstanda təyyarə qəzaya uğrayıb: Ölənlər var
Qazaxıstanın Almatı vilayətində “Yak-12” təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.
Bu haqda Qazaxıstanın İnvestisiya və İnkişaf üzrə Nazirliyinin mülki aviasiya komitəsindən bildirilib.
İnformasiyaya əsasən, təyyarə “Kazavia” hava şirkətinə məxsus olub. Təyyarə kimyəvi xidmət tapşırığı icra edirmiş. “Yak-12” vilayətin Panfilov rayonunun Şolakay kəndi yaxınlığında yerə düşüb.
Məlumata görə, təyyarənin göyərtəsində pilotla birlikdə iki nəfər olub. Onların hər ikisi qəza nəticəsində ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır.