“Qarabağ”ın ÇL-da ilkin qazancı – MƏBLƏĞ

Sharing is caring!

qarabag 1

UEFA Çempionlar Liqasında “play-off”a vəsiqə qazanan “Qarabağ” maddi cəhətdən də xeyli irəli düşüb.

Qitənin ən nüfuzlu klub turnirinə 2-ci mərhələdən start verən Ağdam klubu 3 milyon 320 min avro qazanıb.

İkinci mərhələdə Gürcüstan “Samtredia”sını məğlub edən “Qarabağ” 320 min avro əldə etmişdisə, dünən “Şerif” üzərindəki qələbə Azərbaycan təmsilçisinə daha 3 milyon avro qazandırıb.

Komandamız qrup mərhələsi də adlayarsa, daha 12 milyon 700 min avro irəli düşəcək.

Qeyd edək ki, bu rəqəmlər 2016/2017-ci il mövsümündə müəyyən edilmiş rəqəmlərdir. Növbəti il üçün məbləğin artması mümkündür.

www.oxu.az

shares