Türkiyə İranla sərhəddə sədd inşa etməyə başlayıb

Sharing is caring!

thumbs_b_c_78a00ff3c8e97e10b4f1b50a2629589f

Türkiyə hökuməti İranla sərhəddə 70 kilometrlik sədd  inşa etməyə başlayıb.

Ucaldılacaq sədd hündürlüyü 3 metr və eni 2 metr olan 7 tonluq beton bloklardan ibarət olacaq.  Məlumata görə, tikinti həyata keçirilən əraziyə Ağrı əyalətinin valisi Süleyman Elban baş çəkib.

Qeyd edək ki, Türkiyə hazırda Suriya ilə sərhəddə 900 km uzunluğunda səddin tikintisi başa çatmaq üzrədir.

Məlumata görə, divarın tikintisi PKK-ya qarşı yönələn tədbirlər çərçivəsində həyata keçirilir.

www.oxu.az

shares