Trampdan yeni tələb: O, istefa verməlidir!

Sharing is caring!

1496740372

Prezident Donald Tramp ABŞ-ın Əfqanıstandakı qoşunlarının komandanı Con Nikolsonun istefasını tələb edib.

Bu barədə NBC telekanalı xəbər verib.

“Biz Əfqanıstanda müharibədə məğlub oluruq. Buna görə qoşunların rəhbərliyində rotasiyaya ehtiyac var. Biz qalib gəlmirik, uduzuruq”, — deyə D.Tramp bildirib.

Məlumata əsasən, Tramp ABŞ-ın NATO üzrə müttəfiqlərinin fəaliyyəti ilə bağlı dərin narazılığını ifadə edib.

Qeyd edək ki, Əfqanıstanın Qəndəhar vilayətində “Taliban” silahlılarının NATO qüvvələrinin konvoyuna hücumu nəticəsində iki amerikalı hərbçi həlak olub.

www.oxu.az

shares