Bakı 29 ℃

USD 1.7
RUB 0.0305
EUR 1.7727
TRY 0.1015
Qızıl 3081.1905
Gümüş 33.8107

09.11.2010

Xalqının “layiqli oğlu”

Murad Topalyan

Ermənistanda müxtəlif terrorçu, quldur, və canilərin milli gəhramana çevrilməsi artıq adi hala dönüb. Bunların içərisində Qaregin Ndje, Andranik, Monte Melkonyan, Varujan Karapetyan və digər “gəhramanlar” var, lakin bunların arasında biri var ki onu xususi qeyd etmək lazımdır, bu da Amerika Ermənləri Milli Komitəsinin keçmiş sədri, ABŞ da çox məşhur və tanınmış adam olan, hətda bir vaxtlar Ağ Evdə ABŞ prezidenti ilə dəfələrlə görüşən Murad Topalyandır onun  ləqəbi «Moose» (Maral)  Topalyan 1943 cü ildə anadan olub.

Topalyan Amerikadakı erməni diasporasının tanınmış nümayəndələrindən biridir, yuxarıda qeyd etdiyim kimi, Amerika Erməni Komitəsinin sədri olarkən bir neçə dəfə “Ağ evdə” olmuş və ABŞ prezidenti Bill Klintonla görüşlər keçirmişdir. Həmçinin Topalyan dəfələrlə ABŞ  Kongresində olmuş, Konqres üzvləri ilə müxtəlif qörüşlər keçirmişdir. Bu qörüşlərin əsas məqsədi, uydurma “erməni soyqırımının” Konqres tərəfindən tanınmasına nail olmaq idi.

“U.S. News & World Report” jurnalının verdiyi məlumata görə AEMK Daşnaktutyun partiyası ilə sıx əlagələrə malikdir, bu da təcüblü deyil.

1999 cu ildə Topalyan Klivlend şəhərinə köçür, və “Kayxodi” kollecinin vitse prezidenti vəzifəsində çalışır. Həmin il ona qarşı “ABŞ Murad Topalyana qarşı” (USA vs. Mourad Topalian, Case No. 1:99 CR 35) adı ilə tanınan federal ittiham irəli sürülür, Topalayan AEMK – nin sədrliyindən istefa verir.

Cinayət işinin qaldırılmasına səbəb 1996 cı ildə Bedford (Ohayo ştatı) şəhərinin yaxınlığında  şəxsi anbarda, partlayıcı maddələr və silah aşkarlanması olur.

Anbar 1980 ci illərdən bəri Topalyanın icarəsində idi. Polis burada silah və 100 funt çəkisində partlayıcı maddədən savayı bir neçə insan tükü tapır. Tapılmış insan tüklərinin 1999 – cu ildə keçirilmiş DNK testi tüklərin Murad Topalyana məxsus olduğunu göstərir. Topalyanın həbsi zamanı Federal Təhqiqatlar Bürosu Topalyanı “Erməni soyqırımına ədalət döyüşçüləri” nin lideri olması və  BMT – dəki Türk missiyasında hücumda iştrak etməsini ehtimal edir.

Topalyanın həbsi ABŞ – da geniş əks səda doğurur, Topalyan istəyinə nail olur, kütləvi informasiya vasitərələri ermənlər barədə məlumatlar yayır, lakin Toplayan istədiyi kimi onlar “erməni soyqırımı”ndan yox, rməni terrorundan xəbər verirlər.

1970 – 80 cı illərdə dünyanın bir çox ölkələrində erməni terorçuları tərəfindən türk diplomatlarına və onların ailə üzvlərinə qarşı hucumlar həyata keçirilir. Bu vaxt ərzində 132 partlayış törədilir, 32 türk diplomat və onların ailə üzvləri həlak olur.

Topalyan 20 il ərzində ABŞ – dakı türk obyektlərinə qarşı terror aktları hazırlamaqda və həyata keçirməkdə ittiham edilir. İki partlayışın törədilməsində isə Topalyanın bilavasitə iştrak etməsi ehtimal olunur, bunlar 1981 ci ildə Kaliforniyanın Annaxaym şəhərindəki Konqres mərkəzinə qarşı və Beverli Xills dəki Türkiyə konsulluğuna qarşı keçirilmiş terror aktlarıdır.

1979 – 1996 cı illər arasında Topalyan Beverli Xillsdə, Nyu Yorkda, və Annaxaymda törədilmiş terrorr aktlarında iştrak etdiyi və yaxud terrorçulara yaxından kömək etdiyi, silah və hərbi sursat istehsal edilən müəssələrdən oğurluqlar təşkil etdiyi, qeyri qanuni yollarla silah əldə etdiyi ittiham aktında öz əksini tapır. Həmçinin ittiham aktında o da göstərilirdi ki Topalyan bəzi məşhur və o qədər də məşhur olmayan şəxslərlə əlbir olaraq “elit qrup” yaratmışdır, bu qrupun məqsədi, müxtəlif aksiyalarla ictimayyətin diqqətini “erməni soyqırımı” məsələsinə cəlb etmək idi. Topalyana qarşı sübutlar əsasən onun əbir olduğu iki şəxsin köməyi ilə əldə olunur.

İttiham aktında Topalayanın iş metodlarından da bəhs edilir. Akta qeyd olur ki, partlayışlar və qətllər törədmək üçün adamları, Topalyan ABŞ – da yaşayan erməni gənclərin arasından seçirdi. Daşnaktutunyun nəznində fəaliyyət göstərən “Ermni gənclərinin federasiyası” nın Massaçusets statında yerləşən yay düşərgələrindən, terrorçuları hazırlamaq və onlara təlim keçmək üçün istifadə olunurdu. Xüsusi olaraq terror fəaliyyəti üçün seçilmiş gənclərə, silahla davranmağı, partlayıcı qurğular yığmağı öyrədirdilər. Buradakı təlimlərdə fərqlənən gəncləri Topalyan  təlimi davam etdirmələri üçün  Beyruta göndərirdi. Ümumiyyətlə erməni terrorunu araşdırarkən, və ayrı ayrı erməni terrorçularının fəaliyyətinə nəzər salarkən tez-tez Livan və Siriya ilə onların sıx bağlantılarının olmasına dəlalət edən faktlara rast gəlirəm, həmçinin erməni terrorçularının müxtəlif fələstinli qruplaşmalarla da sıx əlagələrə və iş birliyinə malik olmaları da sirr deyil.

Topalyana qarşı irəli sürülən ciddi ittihamlardan biri, Nyu Yorkda Türkiyənin BMT dəki nümayəndəliyin qarşısında, 12 oktyabr 1980 ci ildə baş vermiş partlayışın həyata keçirilməsində iştakı ilə əlagədar olmuşdur. Hüquq mühafizə orqanlarının ehtimalına qörə, məzh Topalyan bu terror aktı üçün terrorçu dəstə yığmış, bu dəstəyə partlayıcı maddələr istehsal edən müəssisədən partlayıcı maddə oğurlamağı əmr etmiş, və sonra nümayəndəliyin qarşısında partlayış törədməyə cəlb etmişdir (nümayəndəliyin qarşısında içərisi partlayıcı maddələrlə dolu olan, avtomobil partladılmışdır).

1979 – 1980 ci illərdə Topalyanın göstərəşi ilə bir neçə erməni terrorçusu Manhettendə yerləşən Türkiyənin BMT dəki numayəndəliyinin yerləşdiyi binada olmuş, keçiriləcək terror aksiyası üçün oranın dəqiq planını işləb hazırlamışdılar. 11 oktyabr 1980 ci ildə isə Topalyan özü şəxsən terror aktı üçün nəzərdə tutulmuş partlayıcı maddələri də götürüb Nyu Yorka qəlir. 12 Oktyabr 1980 ci ildə Topalyan iki əlbiri ilə birlikdə nümayəndəliyin qarşısında saxladıqları, partlayıcı dolu maşını partladır, partlayış nəticəsində küçədən keçən 3 nəfər yaralanır, nümayəndəliyin binasına isə ciddi ziyan dəyir. İstintaq zamanı Topalyan terror aktında iştrakını təkzib edir, lakin tapılmış partlayıcı maddə və silahların ona məxsus olduğunu təsdiqləyir.

Həmçinin istintaq zamanı 1982 ci ildə Topalyanın Kaliforniyadan 5 dinamit şaşkası sifariş verdiyi də məlum olur. Bu partlayıcı maddələr, Filadelfiyada həyata keçiriləcək partlayışda istifadə olunmaq üçün nəzərdə tutulubmuş, lakin FTB aqentləri bundan xəbər tutur və “yük” yoldə ikən onu ələ keçirməyə nail olurlar.

Murad Topalyan 1999 – cu ildə qanunsuz silah partlayıcı maddələr və hərbi sursat saxlama. Teror aksiyalarının təşkilində və aksiyalarda iştrakda ittiham olunur. ABŞ – dakı erməni lobbisinin və onlara yaxın güclərin, təsiri və təzyiqi nəticəsində, Topalyanın üzərindən terrorizmlə bağlı ittiham götürülür, o özünü qanunsuz olaraq silah, sursat və partlayıcı maddələr, əldə etməkdə və saxlamaqda gunahkar bilir.

2004 cü ilin yanvarın 24 də Topalyana hökm oxunur, məhkəmənin hökmünə əsasən Topalyan 37 ay həbs cəzasına və 3 illik polis nəzarətinə məhkum olunur.

Uzun meddət terror fəaliyyəti ilə məşğul olan şəxsin bu cür yüngül cəza ilə yaxasını qurtarması, çoxlarına təcüblü qəlir, lakin Avropada erməni terrorçularına verilən cəzalara nəzər salsaq, görərik ki Topalyan onlara nisbətən daha ağır cəzaya layiq görülüb. Bütün bunlar Avropa və ABŞ – da  da ikili standartların hansı səviyyədə, olmasının göstəricisidir.

Hökmdən narazı qalan Türkiyə hokuməti BMT – yə rəsmi etiraz  məktubu yollayır buna cavab olaraq, “işlədilən ifadələrdən” narazı qalan Ermənistan hökuməti Topalyanın müdafiəsinə qalxır  və ona bəraət qazandırmağa çalışır.

Topalyanın işi məhkəmədə olan zaman, yəni  2000 ci ildə Amerika Ermənləri Milli Komitəsi Topalyanı “Ümumi erməni məsələsinə töhfəsinə görə” və “Erməni tarixinə və erməni millətinə həsr olunmuş unikal fəaliyyətinə görə”  “Azadlıq mukafatına” («Freedom Award») layiq görür.

Bu da ermənlərdə terror və kütləvi psixozun ayrı-ayrı fərdlərin düçar olduğu bir xəstəlik olmamasını göstərir.

Terrorçuları gəhraman elan edən və vəsf edən bir xalqan və bir cəmiyyətdən hansı sağlam düşüncə hansı adekvatlıq gözləmək olar?

Əli Hacızadə

Məqaləni PDF formatında endir


Digər xəbərlər


Mehriban Əliyeva: “Uca Tanrı uşaqları bütün qada-balalardan qorusun!” - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı rəsmi “Instagram” hesabında payla...

Avtobus sürücüsünü döyən şəxslə bağlı DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) Abşeronda avtobus sürücüsünü döyən şəxslə bağlı açıqlama yayıb. DİN-dən Gulustan.info-ya daxil ol...

Prezident yeni yolun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7,5 kilomet...

Azərbaycanda boşanmaların sayı açıqlandı

2020-ci ilin yanvar-sentyabr aylarında qeydiyyat şöbələri tərəfindən 26 min 312 nikah qeydə alınıb. Bu barədə Dövlət Statistik...

ANAMA-nın əməkdaşı minaya düşüb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) minaaxtaranı — Zeynalov Telman B...

Türkiyədə Polad Həşimov adına park açıldı - Foto

Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində ölkəmizə xain hücumları nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvv...

İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinə təşəkkür etdi

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinə müraciət edib. AZƏRTAC-da yayımlanan müraciətdə deyilir:...

TƏBİB-dən koronavirus vaksinlərinin ilk kimlərə vurulacağı ilə bağlı açıqlama

Azərbaycanda ilkin mərhələdə əhalinin 20 faizi koronavirusa görə vakinasiya olunacaq. Gulustan.info xəbər verir ki, bunu TƏBİB-in...