Bakı 29 ℃

USD 1.7
RUB 0.0241
EUR 1.909
TRY 0.248
Qızıl 3016.718
Gümüş 30.6249

09.08.2013

Azərbaycanda əlil ailə gördüyü yuxu ilə cek-pot uddu — VİDEO

42758Gəncə şəhər sakini Əliyev Sahib Adil oğlu Azərbaycanın lotereya oyunları tarixində udulan ən böyük məbləğə sahib olub.

APA-nın qərb bürosunun xəbərinə görə, rekord məbləğ “Azərlotereya” ASC tərəfindən təşkil edilən “5/36” lotereyasının 726-cı tirajında udulub. 161 490 manat məbləğində “Cek Pot” uduşu bir neçə gün əvvəl öz sahibinə təqdim edilib.

55 yaşlı Sahib Əliyev Gəncənin Muxtar Hacıyev küçəsində yaşayır. Bir qızı, bir oğlu var. Sahib kişi və onun bütün ailə üzvləri danışma və eşitmə qabiliyyətindən məhrum əlildirlər.

Əvvəllər Gəncə tekstil fabrikində fəhlə işləyən cek-pot sahibi son illər işsiz imiş. Onun işarələrini başa düşən qonşularının dediyinə görə, o, cavan vaxtlarından lotereya oyunlarına maraq göstərsə də, hər dəfə uğursuzluqla rastlaşıb. Lakin bu il iyulun 14-də Sahib kişinin 25 yaşlı qızı Şəfaqət yuxuda lotereya rəqəmləri görür. Oyandıqdan sonra onları yazıb atasına verir. Əvvəlcə rəqəmləri yazdırmağa tərəddüd edən Sahib Əliyev bir neçə gündən sonra həmin rəqəmləri yazmaqla “5/36” lotereyasına qeydiyyata düşür və oyunun keçirilməsini gözləyir.

Oyun vaxtı həmin 10, 13, 20, 24 və 28 rəqəmləri ailənin taleyinə xoşbəxt gün gətirir. 161 490 manat Əliyevlər ailəsinə qismət olur. Sahib Əliyev bildirib ki, qazandığı pullardan yaxın qohum-əqrəbasına yardım edib. Böyük bir hissə məbləği — 100 min manatı isə ailəsinin gələcəyi üçün banka qoyub. Ən böyük arzusu bu qisməti ona bəxş edən qızının toyunu etməkdir.


Digər xəbərlər


Böyük sənətkarın həyat yoldaşı vəfat edib

Azərbaycanın böyük sənətkarı Hamlet Xanızadənin həyat yoldaşı Nailə Xanızadə vəfat edib. Gulustan.info xəbər verir ki, bu barə...

Baş Nazir, Operativ Qərargahın rəhbəri Əli Əsədov əhaliyə müraciət edib

Azərbaycan Respublikasının Baş Naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədov iyunun 4-də ölkəmizdə koronavirusa yoluxma halların...

Prezident Sumqayıtda işıqlandırma sistemlərinin quraşdırılması ilə bağlı Sərəncam imzalayıb

Azərbaycan Respublikası Prezidenti «Sumqayıt şəhərində müasir işıqlandırma sistemlərinin quraşdırılması ilə bağlı tədbirlər ...

Yevlaxda qaraçılar aksiyaya cəhd edib - Polisə xəsarət yetirilib

Yevlax şəhərində karantin rejimini pozan qaraçılar polisə daşla xəsarət yetiriblər. DİN Mətbuat xidmətinin Bərdə regional qr...

Pensiya ilə bağlı qanun layihəsinə dəyişiklik edilib

Pensiya ilə bağlı yeni qanun layihəsində pensiyaçıların maraqları nəzərə alınmaqla, heç bir istisna olmadan pensiyaçının əmək pen...

Qazaxıstanda məhdudiyyətlər yığışdırılır

Qazaxıstanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan fövqəladə vəziyyət bitib. Gulustan.info «Reuters»ə i...

Toy və yas mərasimləri keçirilə bilər? - Rəsmi cavab

«Bütün ölkə əraziində toy və yas mərasimləri ilə bağlı qadağa qüvvədə qalır». Gulustan.info xəbər verir ki, bunu Naz...

Azərbaycanda 50 yeni koronavirusa yoluxma faktı qeydə alınıb

Azərbaycanda 50 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 40 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. ...