Bakı 26 ℃

USD 1.7
RUB 0.0231
EUR 2.0061
TRY 0.232
Qızıl 3273.3075
Gümüş 43.8575

09.08.2013

Azərbaycanda əlil ailə gördüyü yuxu ilə cek-pot uddu — VİDEO

42758Gəncə şəhər sakini Əliyev Sahib Adil oğlu Azərbaycanın lotereya oyunları tarixində udulan ən böyük məbləğə sahib olub.

APA-nın qərb bürosunun xəbərinə görə, rekord məbləğ “Azərlotereya” ASC tərəfindən təşkil edilən “5/36” lotereyasının 726-cı tirajında udulub. 161 490 manat məbləğində “Cek Pot” uduşu bir neçə gün əvvəl öz sahibinə təqdim edilib.

55 yaşlı Sahib Əliyev Gəncənin Muxtar Hacıyev küçəsində yaşayır. Bir qızı, bir oğlu var. Sahib kişi və onun bütün ailə üzvləri danışma və eşitmə qabiliyyətindən məhrum əlildirlər.

Əvvəllər Gəncə tekstil fabrikində fəhlə işləyən cek-pot sahibi son illər işsiz imiş. Onun işarələrini başa düşən qonşularının dediyinə görə, o, cavan vaxtlarından lotereya oyunlarına maraq göstərsə də, hər dəfə uğursuzluqla rastlaşıb. Lakin bu il iyulun 14-də Sahib kişinin 25 yaşlı qızı Şəfaqət yuxuda lotereya rəqəmləri görür. Oyandıqdan sonra onları yazıb atasına verir. Əvvəlcə rəqəmləri yazdırmağa tərəddüd edən Sahib Əliyev bir neçə gündən sonra həmin rəqəmləri yazmaqla “5/36” lotereyasına qeydiyyata düşür və oyunun keçirilməsini gözləyir.

Oyun vaxtı həmin 10, 13, 20, 24 və 28 rəqəmləri ailənin taleyinə xoşbəxt gün gətirir. 161 490 manat Əliyevlər ailəsinə qismət olur. Sahib Əliyev bildirib ki, qazandığı pullardan yaxın qohum-əqrəbasına yardım edib. Böyük bir hissə məbləği — 100 min manatı isə ailəsinin gələcəyi üçün banka qoyub. Ən böyük arzusu bu qisməti ona bəxş edən qızının toyunu etməkdir.


Digər xəbərlər


Taktiki təlimlərin birinci mərhələsi davam edir - VİDEO

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsi Quru Qoşunları bölmələrinin iştira...

Açıq havada kafe, restoran və rayonlara gediş-gəliş üçün prezidentin köməkçisi vaxt verdi

«Avqustun 17-dən açıq havada kafe və restoranların açılması nəzərdə tutulur». Gulustan.info xəbər verir ki, Nazirlər...

Feysbuk işçiləri 2021 yazına qədər evdən işləyəcək

Feysbuk sözçüsü Nneka Norville, verdiyi açıqlamada sağlamlıq və icma mütəxəssisləri rəhbərliyinə əsaslanaraq şirkət işçilərinə 20...

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı təlimləri davam edir - VİDEO

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri davam edir. Müdafiə...

Böyük sənətkarın həyat yoldaşı vəfat edib

Azərbaycanın böyük sənətkarı Hamlet Xanızadənin həyat yoldaşı Nailə Xanızadə vəfat edib. Gulustan.info xəbər verir ki, bu barə...

Baş Nazir, Operativ Qərargahın rəhbəri Əli Əsədov əhaliyə müraciət edib

Azərbaycan Respublikasının Baş Naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədov iyunun 4-də ölkəmizdə koronavirusa yoluxma halların...

Prezident Sumqayıtda işıqlandırma sistemlərinin quraşdırılması ilə bağlı Sərəncam imzalayıb

Azərbaycan Respublikası Prezidenti «Sumqayıt şəhərində müasir işıqlandırma sistemlərinin quraşdırılması ilə bağlı tədbirlər ...

Yevlaxda qaraçılar aksiyaya cəhd edib - Polisə xəsarət yetirilib

Yevlax şəhərində karantin rejimini pozan qaraçılar polisə daşla xəsarət yetiriblər. DİN Mətbuat xidmətinin Bərdə regional qr...