Gürcüstan prezidenti Azərbaycana gələcək
Gürcüstanın prezidenti Giorgi Marqvelaşvili V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə martın 16-17-də Azərbaycana səfər edəcək.
Bu barədə Report-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, G.Marqvelaşvilinin prezidentlərin iştirakı ilə “Beynəlxalq münasibətlərin gələcəyi” mövzusunda keçiriləcək iclasda çıxışı gözlənilir. İclasda Latviya, Makedoniya, Albaniya, Monteneqro və digər ölkələrin fəaliyyətdə olan prezidentlərinin çıxışları planlaşdırılıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirlən forumda bir sıra ölkələrin hazırkı və sabiq prezidentləri, hökumət başçıları, tanınmış siyasətçilər, ictimai xadimlər və ekspertlər iştirak edəcəklər.
“Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan forumda dünyanı narahat edən bir sıra qlobal problemlərin — transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.
Qeyd edək ki, Giorgi Marqvelaşvili 2016-cı ildə keçirilmiş IV Qlobal Bakı Forumun da iştirakçısı olub.
Digər xəbərlər

Mehriban Əliyeva: “Uca Tanrı uşaqları bütün qada-balalardan qorusun!” - FOTO
Birinci vitse-prezident Mehriban Əliyeva 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı rəsmi “Instagram” hesabında payla...

Avtobus sürücüsünü döyən şəxslə bağlı DİN-dən AÇIQLAMA
Daxili İşlər Nazirliyi (DİN) Abşeronda avtobus sürücüsünü döyən şəxslə bağlı açıqlama yayıb. DİN-dən Gulustan.info-ya daxil ol...

Prezident yeni yolun açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7,5 kilomet...

Azərbaycanda boşanmaların sayı açıqlandı
2020-ci ilin yanvar-sentyabr aylarında qeydiyyat şöbələri tərəfindən 26 min 312 nikah qeydə alınıb. Bu barədə Dövlət Statistik...
ANAMA-nın əməkdaşı minaya düşüb
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) minaaxtaranı — Zeynalov Telman B...
Türkiyədə Polad Həşimov adına park açıldı - Foto
Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində ölkəmizə xain hücumları nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvv...

İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinə təşəkkür etdi
Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinə müraciət edib. AZƏRTAC-da yayımlanan müraciətdə deyilir:...
TƏBİB-dən koronavirus vaksinlərinin ilk kimlərə vurulacağı ilə bağlı açıqlama
Azərbaycanda ilkin mərhələdə əhalinin 20 faizi koronavirusa görə vakinasiya olunacaq. Gulustan.info xəbər verir ki, bunu TƏBİB-in...