05.04.2017

Manat dollara nisbətən 5 aylıq maksimumu yeniləyib

manat-10

Bir müddət dollara nisbətən ucuzlaşan manat Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən aprelin 4-də keçirilən hərracda gözlənilmədən möhkəmlənərək 5 aylıq maksimumu yeniləyib.

AMB tərəfindən aprelin 5-i üçün 1,7140 səviyyəsində müəyyən olunan USD/AZN rəsmi məzənnəsi ötən ilin noyabr ayının 23-də (1,7146) qeydə alınan göstəriciyə olduqca yaxındır.

Həmin dövrdən etibarən manatın məzənnəsində volatillik müşahidə olunub. Lakin bu müddət ərzində USD/AZN rəsmi məzənnəsi bu günə müəyyən olunan səviyyəyədək enməyib.

Ötən ilin noyabr ayının 23-dən cari ilin fevralın 4-dək olan müddət ərzində dolların manata nisbətən ən yüksək məzənnəsi 1-2 fevral tarixlərində qeydə alınıb.

O zaman dollar 1,9200 manatadək bahalaşa bilib. Beləliklə, fevral ayının 2-si ilə müqayisədə manat 10,7% bahalaşıb.

Ümumiyyətlə, ilin əvvəlindən manat dollara nisbətən 3,2% möhkəmlənib.

Aprelin 4-ü ilə müqayisədə isə bu günə olan USD/AZN rəsmi məzənnəsi 0,6% bahalaşıb. Xatırladaq ki, AMB aprelin 4-ə USD/AZN rəsmi məzənnəsini 1,7244 səviyyəsində müəyyən edib.

Onu da qeyd edək ki, aprelin 4-də AMB-də Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı baş tutub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7145 səviyyəsində formalaşmışdı.

U.A.
www.oxu.az


Digər xəbərlər


Elon Musk bu ölkədə Gigafactory zavodu inşa edəcək

Tesla şirkətinin təsisçisi və CEO-su Elon Musk bildirib ki, 4-cü Gigafactory zavodu Berlində inşa ediləcək. Həmin zavodda hə...

Facebook-da 5,4 milyard "fake" hesab silindi

Facebook administrasiyası bu il ərzində bir neçə dəqiqədə yaradılan 5,4 milyard “fake” (saxta) hesabı silib. Bu barədə elə sözügedən sosial media ...

Ermənilər Kəlbəcərimizin qızılından milyonlar qazanır

Ermənistan 2019-cu ilin yanvar-avqust aylarında Rusiyaya 140,9 milyon dollar dəyərində qiymətli metal satıb. Bu barədə “FinExpertiza” audit-konsal...

Alibaba endirim etdi və 1 dəqiqə 8 saniyəyə 1 milyard qazandı

2009-cu ildən bəri Alibaba şirkəti hər il 11 noyabr tarixində subaylar günü münasibətilə özünün AliExpress və digər online mağazaların...