11.07.2017

Pianoçumuz beynəlxalq müsabiqədə ikinci oldu

pizap.com14997516059661

Musiqili Teatrının əməkdaşı Firuzə Nəcəfli Parisdə keçirilən “İnternational Folklore Competition” müsabiqəsində 2-ci yerə layiq görülüb.

F.Nəcəfli müsabiqədə Robert Şumanın 8 nömrəli “Noveletta” f-mol əsərini ifa edib.

Bakıda anadan olan Firuzə Nəcəfli 2006-cı ildə Rafiq Babayev adına uşaq musiqi məktəbini fərqlənmə ilə bitirib. Həmin il Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən məktəb-studiyaya qəbul olunub və 2009-cu ildə oranı əla qiymətlərlə başa vurub. 2013-cü ildə Bakı Musiqi Akademiyasının “Fortepiano” fakültəsini, 2015-ci ildə isə həmin fakültənin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. Bir sıra konsertlərdə, tədbirlərdə, müsabiqələrdə, festivallarda, konfranslarda uğurla iştirak edib. Ferens List adına beynəlxalq festivalda diploma layiq görülüb.

www.oxu.az


Digər xəbərlər


Leyla Əliyeva “Mənim balaca şahzadəm” cizgi filminin təqdimatında iştirak edib (FOTO)

Mayın 23-də Nizami Kino Mərkəzində “Azanfilm” studiyasının istehsalı olan “Mənim balaca şahzadəm” cizgi filminin təqdimatı keçirilib. Tədbirdə Hey...

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uşaqlar üçün əyləncə proqramı təşkil olunub - VİDEO

«Gənclik Mall» ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ...

Heydər Əliyev Mərkəzində dünya şöhrətli rəssam Zurab Seretelinin əsərləri nümayiş olunub

Mayın 22-də Heydər Əliyev Mərkəzində dünya şöhrətli rəssam Zurab Seretelinin “Mümkün ölçülər” (Possible Dimensions) adlı sərgisi açılıb Moskva Müa...

Əfsanəvi ingilis personajları mayın 29-dək Bakıda musiqili yürüş edəcəklər - FOTO

Mayın 29-da Bakı Olimpiya Stadionunda İngiltərənin «Çelsi» və «Arsenal»komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının oyu...