05.07.2017

Çempionlar Liqasında gecənin nəticələri

548e8314640e1

Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulub.

Cavab oyunları çərçivəsində 5 qarşılaşma baş tutub.

Bu raundda qitənin ən zəif 10 çempionu mübarizə aparıb. Əsasən, cırtdan ölkə təmsilçilərinin meydana çıxacağı mərhələdə “balacalar” möcüzə reallaşdırmağa çalışıblar. Çünki nadir hallarda qələbə qazanan belə komandalar üçün mərhələ adlamaq da möcüzəyə bərabərdir.

Nəticələrə görə, “Vikinqur” (Farer adaları), “Hibernians” (Malta), TNS (Uels), “Alaskert” (Ermənistan), “Linfild” (Şimali İrlandiya) II təsnifat mərhələsində çıxış etməyə haqq qazanıb.

Çempionlar Liqası

I təsnifat mərhələsi, cavab oyunları

4 iyul

“Trepça” (Kosovo) – “Vikinqur” (Farer adaları) — 1:4

Qollar: Hasani, 65 — Angel, 37, İslami, 40 (öz qapısına), Vatnhamar, 52, 59

İlk oyun — 1:2

“İnfonet” (Estoniya) – “Hibernians” (Malta) — 0:1

Qol: Jorjinyo, 88

İlk oyun — 0:2

“Europa” (Cəbəllütariq) — TNS (Uels) — 1:3 (əlavə vaxtda)

Qollar: Valker, 53 — Moya, 37, Giqle, 41, 104

İlk oyun — 2:1

“Santa-Koloma” (Andorra) – “Alaskert” (Ermənistan) — 1:1

Qollar: Lima, 63 — Nenadoviç, 28

İlk oyun — 0:1

“La Fiorita” (San-Marino) – “Linfild” (Şimali İrlandiya) — 0:0

İlk oyun — 0:1

 

www.oxu.az


Digər xəbərlər


Ərdoğan ABŞ senatorlarını susdurdu: “Kürdlər başqa, terrorçular başqadır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla ABŞ-da səfərdə olan rəsmi heyət prezident Donald Trampın verdiyi işgüzar yemək masasından sonra...

Ərdoğan Trampın "hədə məktubu"nu lazımlı formada özünə qaytardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın təhqiredici məktubunu özünə qaytarıb. O, bunu Vaşinqtondakı danışıqlar zaman...

Bu dəfə də ABŞ Suriyaya girdi

ABŞ hərbçiləri İraqdan Suriya ərazisində daxil olub. ABŞ hərbçilərinin Əl-Cibsah neft yataqlarının yaxınlığında mövqe tutduğu bildirilib. 24 zi...

Trampdan Ərdoğana dodaq uçuqladan məbləğdə saziş TƏKLİFİ

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp Vaşinqtona səfəri ərəfəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana 100 milyard dollarlıq tica...