07.07.2017

Kral ailələri Azərbaycana istirahətə gəldi

erebler

Fars körfəzi ölkələrinin kral ailələri Azərbaycanın meşəlik-dağlıq bölgəsi olan və “təbiət vurğunları üçün cənnət” adlandırılan Qəbələni sevimli istirahət məkanı olaraq seçib.

Bu barədə “TradeArabia” nəşri yazıb.

Məlumata əsasən, Qəbələ kübar ərəblər arasında yayda olduğu kimi, qışda da populyardır.

Eyni zamanda, mənbə qeyd edir ki, Azərbaycan mədəniyyəti, halal qidaları, qonaqpərvər insanları, musiqisi və tarixi sayəsində bütövlükdə ərəb səyyahların yeni qaynar nöqtəsinə çevrilib.

“TradeArabia” yazır ki, Azərbaycanda Şəriət qaydalarına uyğun xeyli istirahət yeri var. Qadınlar və kişilər üçün nəzərdə tutulmuş ayrıca hovuzlar və çimərliklərdə spirtli içkilər satılmır.

Azərbaycan daha çox turist cəlb etmək üçün öz təhlükəsizliyini, Yaxın Şərqə yaxınlığını, mədəniyyətlərin oxşarlığını, təbiətini, Xəzər dənizinin sahillərini ön plana çəkir.

“Hər bir turistin səyahətdən öncə seçim edərkən önəm verdiyi əsas məsələlər sülh və təhlükəsizlikdir. Yalnız bundan sonra səyyahlar xidmətin səviyyəsinə, keyfiyyətə və qiymətlərə fikir verir”, — bunu isə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Fars körfəzi ölkələrindəki nümayəndəliyinin rəhbəri Rəşid əl-Nuri deyir.

www.oxu.az


Digər xəbərlər


Leyla Əliyeva “Mənim balaca şahzadəm” cizgi filminin təqdimatında iştirak edib (FOTO)

Mayın 23-də Nizami Kino Mərkəzində “Azanfilm” studiyasının istehsalı olan “Mənim balaca şahzadəm” cizgi filminin təqdimatı keçirilib. Tədbirdə Hey...

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uşaqlar üçün əyləncə proqramı təşkil olunub - VİDEO

«Gənclik Mall» ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ...

Heydər Əliyev Mərkəzində dünya şöhrətli rəssam Zurab Seretelinin əsərləri nümayiş olunub

Mayın 22-də Heydər Əliyev Mərkəzində dünya şöhrətli rəssam Zurab Seretelinin “Mümkün ölçülər” (Possible Dimensions) adlı sərgisi açılıb Moskva Müa...

Əfsanəvi ingilis personajları mayın 29-dək Bakıda musiqili yürüş edəcəklər - FOTO

Mayın 29-da Bakı Olimpiya Stadionunda İngiltərənin «Çelsi» və «Arsenal»komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının oyu...