09.08.2017

Bu gün Azərbaycanda rekord isti qeydə alına bilər – XƏBƏRDARLIQ

jara

Son günlər Bakıda iqlim normasından yüksək temperatur müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya bildirib ki, avqustun 8-də Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 4 dərəcə yüksək olub.

G. Məmmədova deyib ki, bu gün də havanın temperaturunun iqlim normasından yüksək olacağı gözlənilir: “Temperatur iqlim normasından yüksək olsa da, hələlik anomal proseslər müşahidə olunmur. Bu günə kimi temperaturla bağlı rekord yenilənməyib. 2015-2016-cı illərdə də belə isti hava şəraiti qeydə alınıb və Bakı və Abşeron yarımadasında temperatur 40-41 dərəcə olub. Bu gün paytaxtda havanın temperaturunun 35-40°, bəzi yerlərdə 42°, bölgələrdə 35-40°, Naxçıvan və Mərkəzi Aran rayonlarının bəzi ərazilərində 42-43, dağlıq ərazilərdə 30-34° isti olacağı gözlənilir. Əgər bu gün Bakı və Abşeronda 42 dərəcə temperatur qeydə alınarsa, o zaman rekord yenilənə bilər”.

www.oxu.az


Digər xəbərlər


Şri-Lankada 3 partlayış baş verib

Budəfəki partlayışlar ölkənin şərqində yerləşən Kalmunay şəhərində antiterror əməliyyatları zamanı baş verib. Hadisənin təfərrüatları hələlik bilinmi...

Mehriban Əliyeva İçərişəhərdə sakinlərlə görüşüb - Yenilənəcək

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva İçərişəhərə gəlib.  Məlumata görə birinci xanım Kiçik Qala küçəsində yerləşən...

Böyük çayxanaya çevrilən Bakı!

Bir zamanlar qarşısında bilet almaq üçün növbə olardı. Bakının Əhmədli qəsəbəsi, Sixlinski küçəsi 3 ünvanında yerləşən «Bakı” kinoteatrı hazı...

“Formula1”də qəza baş verib - Rassellin bolidi lyuka düşüb - Foto

Bakıda keçirilən “Formula 1” sərbəst yürüşündə maraqlı hadisə baş verib. Yolda olan lyuk açılıb. Bu zaman Böyük Britaniyanın “Williams” komandası...