01.08.2017

Ölkəyə gələn xaricilərin nağdsız ödənişlərinin həcmi açıqlandı

Son dövrlər qeyri-neft sektorunun inkişafı çərçivəsində turizmə yönəlmiş məqsədyönlü tədbirlər nəticəsində bu sahənin intensiv inkişafı üçün geniş imkanlar yaranıb. Təsadüfi deyil ki, Azərbaycana gələn əcnəbilərin sayında və uyğun olaraq onların nağdsız ödənişlərinin həcmində artım müşahidə olunur.

2017-ci ilin birinci yarısında Azərbaycana gələn xarici vətəndaşların bank kartları üzrə əməliyyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 93 faiz artaraq 507 milyon 450 min 635 manat təşkil edib. Bu göstərici 2016-cı ilin birinci yarısında 263 milyon 427 min 544 manat, il ərzində isə 602 milyon 288 min 119 manat olub.

Məlumat üçün bildirək ki, qeyd olunan vəsaiti ölkəmizə gələn əcnəbilərin Azərbaycanda bank kartları vasitəsilə həyata keçirdiyi ödənişlər təşkil edir, onların səfərdən qabaq və ölkə daxilində nağd ödənişləri bu məbləğə daxil deyil.

Qeyd edək ki, Dünya Səyahət və Turizm Şurasının məlumatına əsasən, Azərbaycan üzrə 2016-cı ildə turizm xidmətlərinin ixracının ümumi dövriyyəsi 2,8 milyard ABŞ dolları olub.

www.oxu.az 


Digər xəbərlər


Rusiyadan Ermənistanla bağlı acı etiraf - Müharibə olsa, İrəvan məhv olacaq

Ermənistanda daxili qarşıdurma getdikcə kəskinləşir Bu kontekstdə Rusiya Jurnalistlər Birliyinin sədri Vladimir Solovyovun canlı efirdə səsləndir...

Prezidentdən təqaüdçülərə şad xəbər - Məbləği artırıldı

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib Dəyişikliyə ...

Ermənilər Xocalı soyqırımı ilə bağlı kilsəyə basqın etdi - Videofakt

 «Xocalı soyqırımı ilə bağlı anım konsertinin kilsədə təşkili Azərbaycanın bütün dinlərə açıq olduğunu və tolerantlığını göstərdi...

Türkiyə İranla sərhəddə sədd inşa etməyə başlayıb

Türkiyə hökuməti İranla sərhəddə 70 kilometrlik sədd  inşa etməyə başlayıb. Ucaldılacaq sədd hündürlüyü 3 metr və eni 2 metr olan 7 tonluq beton blok...