Bakı 20 ℃

USD 1.7
RUB 0.0292
EUR 1.8128
TRY 0.1065
Qızıl 3154.673
Gümüş 36.9838

24.02.2019

Vyanada azərbaycanlılar «Xocalıya ədalət» aksiyası keçirdi


Tədbir «Xocalıya Ədalət», «Qarabağa Azadlıq» şüarları ilə davam edib

Fevralın 23-də Avstriya respublikasının paytaxtı Vyana şəhərinin mərkəzində yerləşən və piyadaların gur hərəkət etdiyi Ştefansplatz meydanında Avstriya Azərbaycanlıları Cəmiyyəti və Azəri-Der dərnəyi birlikdə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar kütləvi aksiya keçirib.

Aksiyada Azərbaycan və müxtəlif türk diaspor təşkilatlarının fəalları, bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.
Tədbirdə jurnalistlərin suallarını Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fərid Əzizov və Azəri-Der dərnək rəhbəri Yardım Günəş cavablandırıb.

Əzizov bildirib ki, Xocalı soyqırımı ötən əsrin ən dəhşətli faciəsidir. Vurğulayıb ki, ermənilərin bu qədim Azərbaycan torpağında törətdikləri vəhşiliklər nə insani, nə də müharibə qanunlarına sığmayan cinayətdir. Dinc şəhər sakinləri qəddarcasına qətlə yetirildi. Qocalar, qadınlar, uşaqlar süngüdən keçirildi. Meyitlərin üzləri, bədən əzaları doğrandı, kəsildi, tanınmaz hala salındı. Başaçıq, ayaqyalın qara bürünmüş çöllərdən qaçıb canını qurtarmaq istəyən xocalılılar əvvəlcədən Ağdama gedən yollar üzərində qurulmuş pusqulardan avtomat atəşinə tutuldular. Şəhərin küçələri, ətrafı meyitlərlə, can verən yaralıların ah-naləsi ilə cəhənnəmi xatırladırdı. Hələ bəşər tarixi belə tükürpədici mənzərə görməmişdi. Xocalı şəhəri bir gecənin içində yerlə yeksan edildi. Qocalı, uşaqlı 613 sakini qəddarlıqla öldürüldü. 150 nəfər itkin düşdü. 1275 nəfər əsir götürüldü. Əsirlər ağır işgəncələrə məruz qaldı.

Fərid Əzizov çıxışının sonunda bildirib ki,Azərbaycan tarixi, əzəli torpaqlarının bütövlüyünü təmin edəcək və Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətə görə Ermənistanın o zamanki rəhbərliyi insanlıq qarşısında cavab verəcək.

Mənbə Qaynarinfo.az



Digər xəbərlər


İlham Əliyev İTV-yə maliyyə yardımı ayırıb

Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə dəstəyi göstəriləcək. Prezident İlham Əliyev b...

Çavuşoğlu 15 ildən sonra İsrailə səfər edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Fələstinə və İsrailə səfər edəcək. TRT xəbər verir ki, Çavuşoğlu Türkiy...

Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan parlament nümayəndələrinin üçtərəfli görüşü keçirilib

Mayın 22-də Şuşa şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşü keçir...

Ərdoğan: “Türkiyə NATO müttəfiqlərindən dəstək almayıb”

“Türkiyə nə müdafiə ehtiyaclarını ödəmək, nə də 40 illik terrorla mübarizə sahəsində müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilib...

Yaxın vaxtlarda Azərbaycan BMT-yə hesabat təqdim edəcək

“Azərbaycan hökuməti dayanıqlı inkişaf məqsədlərinə çox böyük önəm verir”. Bunu Birləşmiş Millətlər Təşkilatının Azərbaycandak...

İlham Əliyev Roma Papası Fransiskə məktub göndərib

Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu göndərib. Məktubda deyilir: «Zati-müqəddəsləri, Azərbaycan Re...

Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü olub

Mayın 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Erm...

İlham Əliyev Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə mayın 22-də Belçi...