Bakı 28 ℃

USD 1.7
RUB 0.0312
EUR 1.7773
TRY 0.1018
Qızıl 3064.709
Gümüş 34.1546

27.02.2019

Ermənilər Xocalı soyqırımı ilə bağlı kilsəyə basqın etdi — Videofakt

«Xocalı soyqırımı ilə bağlı anım konsertinin kilsədə təşkili Azərbaycanın bütün dinlərə açıq olduğunu və tolerantlığını göstərdiyi bir vaxtda, erməni təxribatçılarının cəhdləri bu insanların iç üzünü və hətta katolik kilsəsinə olan hörmətsizliyini nümayiş etdirdi»

Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

O deyib ki, bu ilin fevralın 26-da Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Parisin ən böyük kilsələrindən birində Xocalı Soyqırımının 27-ci ildönümünə həsr olunan anım konserti təşkil olunub: «Daşnaksütyun Partiyasının Fransada fəaliyyət göstərən gənclər təşkilatının üzvləri tərəfindən bu tədbirin təşkilinə əngəllər törətmək məqsədilə kilsənin önündə təxribat xarakterli “aksiya” keçirildi. Vurğulamaq istərdim ki, erməni təxribatçıların cəhdlərinə baxmayaraq 300 nəfərdən çox fransalının, həmçinin Fransadakı diplomatik korpusun nümayəndələrinin iştirakı ilə yaddaşlarda hələ uzun müddət qalacaq anım konserti keçirildi. Anım mərasimi zamanı ölkəmizin Fransadakı səfiri tərəfindən tədbir iştirakçılarına 27 il bundan öncə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı barədə və Ermənistanın təcavüzkar siyasəti barədə məlumat verildi. Anım konsertində ifa edilmiş dahi Azərbaycan bəstəkarlarının klassik əsərləri Xocalı soyqırımının qurbanlarının ruhuna ithaf edildi. Anım konsertinin kilsədə təşkili ölkəmizin bütün dinlərə açıq olduğunu və tolerantlığını göstərdiyi bir vaxtda, erməni təxribatçılarının cəhdləri bu insanların iç üzünü və hətta katolik kilsəsinə olan hörmətsizliyini nümayiş etdirdi».

Mənbə Report.az


Digər xəbərlər


Mehriban Əliyeva: “Uca Tanrı uşaqları bütün qada-balalardan qorusun!” - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı rəsmi “Instagram” hesabında payla...

Avtobus sürücüsünü döyən şəxslə bağlı DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) Abşeronda avtobus sürücüsünü döyən şəxslə bağlı açıqlama yayıb. DİN-dən Gulustan.info-ya daxil ol...

Prezident yeni yolun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7,5 kilomet...

Azərbaycanda boşanmaların sayı açıqlandı

2020-ci ilin yanvar-sentyabr aylarında qeydiyyat şöbələri tərəfindən 26 min 312 nikah qeydə alınıb. Bu barədə Dövlət Statistik...

ANAMA-nın əməkdaşı minaya düşüb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) minaaxtaranı — Zeynalov Telman B...

Türkiyədə Polad Həşimov adına park açıldı - Foto

Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində ölkəmizə xain hücumları nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvv...

İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinə təşəkkür etdi

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinə müraciət edib. AZƏRTAC-da yayımlanan müraciətdə deyilir:...

TƏBİB-dən koronavirus vaksinlərinin ilk kimlərə vurulacağı ilə bağlı açıqlama

Azərbaycanda ilkin mərhələdə əhalinin 20 faizi koronavirusa görə vakinasiya olunacaq. Gulustan.info xəbər verir ki, bunu TƏBİB-in...