Bakı 19 ℃

USD 1.7
RUB 0.0292
EUR 1.8128
TRY 0.1065
Qızıl 3154.673
Gümüş 36.9838

27.02.2019

MN-dən «hücum etmək istəyən» Tonoyana güllə kimi cavab

Ermənistanın müdafiə naziri David Tonayan ictimai televiziya vasitəsilə çıxış edərək ölkəsinin öz hərbi strategiyasını müdafiədən hücuma dəyişdiyini bildirib.

Müdafiə Nazirliyindən bildirilib ki, D.Tonoyan mülki şəxsdir və hərbi strategiyanın, daha dəqiq desək, müdafiə və hücumun nədən ibarət olduğundan tam anlayışı yoxdur.

«2016-cı ilin aprel döyüşləri zamanı o, müdafiə nazirinin müavini olduğu vaxtda, həmçinin Günnüt əməliyyatı zamanı artıq müdafiə naziri olarkən “hücuma keçmək” istəyən erməni ordusunun döyüş meydanından necə qaçdığının şahidi olmuşuq. Onun hərbi sahədə diletant olduğunu nəzərə alaraq qeyd edə bilərik ki, bu populist fikirlər yalnız daxili auditoriya üçün nəzərdə tutulub və hərbi baxımdan heç bir əhəmiyyət kəsb etmir. Azərbaycan Ordusunun bütün istiqamətlərdə erməni ordusundan üstün olduğunu və imkanlarının müqayisəedilməz olduğunu Tonayan özü etiraf edib. Yaxın gələcəkdə Ermənistan ordusunun Azərbaycan Ordusunu nəinki ötüb-keçmək, hətta Silahlı Qüvvələrimizlə heç bir sahədə müqayisə olunmaq perspektivi belə yoxdur», — deyə Nazirlikdən qeyd edilib.

Mənbə Axar.az


Digər xəbərlər


Çavuşoğlu 15 ildən sonra İsrailə səfər edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Fələstinə və İsrailə səfər edəcək. TRT xəbər verir ki, Çavuşoğlu Türkiy...

Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan parlament nümayəndələrinin üçtərəfli görüşü keçirilib

Mayın 22-də Şuşa şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşü keçir...

Ərdoğan: “Türkiyə NATO müttəfiqlərindən dəstək almayıb”

“Türkiyə nə müdafiə ehtiyaclarını ödəmək, nə də 40 illik terrorla mübarizə sahəsində müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilib...

Yaxın vaxtlarda Azərbaycan BMT-yə hesabat təqdim edəcək

“Azərbaycan hökuməti dayanıqlı inkişaf məqsədlərinə çox böyük önəm verir”. Bunu Birləşmiş Millətlər Təşkilatının Azərbaycandak...

İlham Əliyev Roma Papası Fransiskə məktub göndərib

Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu göndərib. Məktubda deyilir: «Zati-müqəddəsləri, Azərbaycan Re...

Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü olub

Mayın 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Erm...

İlham Əliyev Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə mayın 22-də Belçi...

İlham Əliyev və Nikol Paşinyanın Brüsseldə görüşü keçiriləcək - Avropa İttifaqı Şurası

Mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş na...