21.02.2019

DİM qəbul imtahanlarının vaxtını dəyişib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2019-cu ildə keçirilməsi nəzərdə tutulan bəzi imtahan günlərində dəyişiklik edilib.

Ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, II və III ixtisas qrupları üzrə mayın 19-da keçiriləcək. I və IV ixtisas qrupları üzrə ikinci imtahan (yay imtahanı) isə iyunun 23-də keçiriləcək.

Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının ikinci mərhələsi iyunun 30-da təşkil ediləcək.

Dövlət qulluğuna qəbul olmaq üçün iyunun 23-nə nəzərdə tutulan imtahan iyunun 30-da keçiriləcək.

Digər imtahanların tarixləri və tədbirlərin qrafiki olduğu kimi qalır və DİM-in saytında göstərilib. Qrafik DİM-in saytının “Təqvim” bölməsinə də əlavə edilib. Axtarış sistemində lazım olan fəaliyyət istiqamətini və tədbiri seçməklə, ayrıca həmin istiqamətə aid tədbirlərin tarixlərini əldə etmək mümkündür. İstifadəçi, həmçinin axtarış sistemində “status” bölməsində “keçirilir”, “keçiriləcək”, “keçirilib” bəndlərindən birini qeyd etməklə, yalnız həmin bəndə uyğun məlumatları almaq imkanına malikdir. Bundan əlavə, saytda hər bir fəaliyyət istiqaməti üzrə də ayrıca “Təqvim” bölməsi var və o bölmədə yalnız həmin istiqamətə aid “xəbərlər”, “e-xidmətlər”, “tez-tez verilən suallar”, eləcə də imtahan tarixləri yerləşdirilib.

Mənbə AzərTac


Digər xəbərlər


Həsən Ruhaniyə qarşı tələbələr etiraz aksiyası keçirdi - Foto

Bu gün İran prezidenti Həsən Ruhani Tehran Universitetində çıxış edən zaman tələbə həmkarlar ittifaqının bir qrup üzvü universitet binası qarşısında ...

Sabah 5 rayonda qaz olmayacaq

Oktyabrın 17-də Qaz İxrac İdarəsinin Qazpaylayıcı Stansiyalarda aparacağı yenidənqurma işləri ilə bağlı saat 08:30-dan 19:00-dək Sabirabad, Saatlı, İ...

Prezident Göyçayla bağlı sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Göyçay rayonu ərazisində Göyçay çayında selə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında sərənc...

Gəncənin küçə və prospektlərindəki yollar yenilənir

Gəncədə icra olunan su və kanalizasiya xətlərinin yenidən qurulması layihəsinə uyğun olaraq, şəhərin qazılmış küçə və prospektlərinə asfalt örtüyünün...