21.02.2019

Beynəlxalq Ana dili günü və Güney Azərbaycan

Bu gün, yəni fevralın 21-i dünyada Beynəlxalq Ana Dili günü kimi qeyd olunur. BMT 1999-cu ildə Banqladeş səfirinin təşəbbüsü ilə həmin günü Beynəlxalq Ana Dili günü olaraq elan edib.

Hər il bu gün qeyd olunanda istər güneyli milli fəallar, istərsə də Azərbaycan respublikasından olan müxtəlif insanlar Güney Azərbaycandakı soydaşlarımızın öz ana dilində təhsil almaq hüququndan məhrum olduqlarını qabardır.

XXI əsrdə Norveç, İsveç və Finlandiya əhalisinin toplam sayından daha çox olan bir insan kütləsinin ən adi və əsas hüququ olan öz ana dilində təhsil almaq hüququ yoxdur. Özünü “İran İslam Respublikası” adlandıran qurum, 30 milyon insanı öz konstitusiyasında bəyan etdiyi bu hüquqdan məhrum edib. Bunun fonunda “İslam Respublikasının” bəzi xadimləri həyasızcasına Avropa, ABŞ və Azərbaycan da daxil olmaqla, bəzi ətraf ölkələrin cəmiyyətlərinə və rəhbərliyinə “ağıl öyrətməyə” cəhd edir!

Maraqlıdır ki, İranda bir tək molla rejimi deyil, özünə “demokrat”, “liberal” deyən siyasətçilər və ya siyasətbazlar da azərbaycanlıların ana dilində təhsil hüququna elə eyni pəncərədən baxır.

Arzu edirəm ki, mən 2020 – ci ildə Ana dili günü artıq Güney Azərbaycanda ana dilində təhsil problemindən deyil, ana dilində təhsilin inkişafından yazacağam.

Əli Hacızadə

www.alihajizade.com


Digər xəbərlər


Həsən Ruhaniyə qarşı tələbələr etiraz aksiyası keçirdi - Foto

Bu gün İran prezidenti Həsən Ruhani Tehran Universitetində çıxış edən zaman tələbə həmkarlar ittifaqının bir qrup üzvü universitet binası qarşısında ...

Sabah 5 rayonda qaz olmayacaq

Oktyabrın 17-də Qaz İxrac İdarəsinin Qazpaylayıcı Stansiyalarda aparacağı yenidənqurma işləri ilə bağlı saat 08:30-dan 19:00-dək Sabirabad, Saatlı, İ...

Prezident Göyçayla bağlı sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Göyçay rayonu ərazisində Göyçay çayında selə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında sərənc...

Gəncənin küçə və prospektlərindəki yollar yenilənir

Gəncədə icra olunan su və kanalizasiya xətlərinin yenidən qurulması layihəsinə uyğun olaraq, şəhərin qazılmış küçə və prospektlərinə asfalt örtüyünün...