27.02.2019

Ermənilər Xocalı soyqırımı ilə bağlı kilsəyə basqın etdi — Videofakt

 «Xocalı soyqırımı ilə bağlı anım konsertinin kilsədə təşkili Azərbaycanın bütün dinlərə açıq olduğunu və tolerantlığını göstərdiyi bir vaxtda, erməni təxribatçılarının cəhdləri bu insanların iç üzünü və hətta katolik kilsəsinə olan hörmətsizliyini nümayiş etdirdi»

Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

O deyib ki, bu ilin fevralın 26-da Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Parisin ən böyük kilsələrindən birində Xocalı Soyqırımının 27-ci ildönümünə həsr olunan anım konserti təşkil olunub: «Daşnaksütyun Partiyasının Fransada fəaliyyət göstərən gənclər təşkilatının üzvləri tərəfindən bu tədbirin təşkilinə əngəllər törətmək məqsədilə kilsənin önündə təxribat xarakterli “aksiya” keçirildi. Vurğulamaq istərdim ki, erməni təxribatçıların cəhdlərinə baxmayaraq 300 nəfərdən çox fransalının, həmçinin Fransadakı diplomatik korpusun nümayəndələrinin iştirakı ilə yaddaşlarda hələ uzun müddət qalacaq anım konserti keçirildi. Anım mərasimi zamanı ölkəmizin Fransadakı səfiri tərəfindən tədbir iştirakçılarına 27 il bundan öncə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı barədə və Ermənistanın təcavüzkar siyasəti barədə məlumat verildi. Anım konsertində ifa edilmiş dahi Azərbaycan bəstəkarlarının klassik əsərləri Xocalı soyqırımının qurbanlarının ruhuna ithaf edildi. Anım konsertinin kilsədə təşkili ölkəmizin bütün dinlərə açıq olduğunu və tolerantlığını göstərdiyi bir vaxtda, erməni təxribatçılarının cəhdləri bu insanların iç üzünü və hətta katolik kilsəsinə olan hörmətsizliyini nümayiş etdirdi». 

Mənbə Report.az


Digər xəbərlər


Balidə vulkan püskürdü, hava əlaqəsi kəsildi

Mayın 24-ü Bali adasında «Aqunq» vulkanı püskürməyə başlayıb, bu da aviasiya nəqliyyat əlaqəsində fasilənin yaranmasına səbəb olub. Tren...

Prezident İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Almaniya Federativ Respublikası Bundestaqının nümayəndə heyətini qəbul edib. ...

"Baku Fashion Expo 2019"un ilk mövsümü Bakıda baş tutacaq

Tezliklə ölkənin ən müasir moda layihəsi olan «Baku Fashion Expo 2019″un ilk mövsümü Bakıda baş tutacaq. Layihə bütün iştirakçılara azad f...

Koroğluda güclü qəza hərəkəti iflic etdi - FOTO

Bu gün Koroğlu metrosunun yaxınlığında yerləşən körpünün altında baş vermiş güclü qəza ilə bağlı yolda tıxac yaranıb. Gülüstan.info saytının müxbirin...