19.02.2019

«Huawei Mate 20 Pro»da ciddi problem aşkarlanıb — Foto+Video

Huawei şirkətinin yaxın aylarda təqdim etdiyi yeni «Huawei Mate 20 Pro» smartfonlarının ekranında ciddi problem olduğu üzə çıxıb

Əksəriyyəti Avropa ölkələrindən olan istifadəçilər Mate 20 Pro modellərinin ekranında yaşıl ləkələrin əmələ gəldiyindən şikayətlənirlər.
Şirkət 6.39 düyüm genişliyində olan QUAD HD+ keyfiyyətli AMOLED ekranları LG və BOE firmalarından alıb. Problemin də əsasən LG şirkətindən alınmış AMOLED ekranlarda olduğu düşünülür.

«Huawei Finlandiya» sözügedən şikayətlərin ardından dəyişmə kampaniyasına start verib və problemli telefonların yeniləri ilə əvəz ediləcəyi bildirilib. Lakin oxşar problemlərin dəyişdirilmiş modellərdə də ortaya çıxacağı istisna edilmir.
Həmçinin yeni modeldə ekran işığının əsməsi, sönüb yanması və şəbəkənin zəif olması kimi problemlərin olduğu da qeyd olunur. «Huawei»in yeni modellərindəki bu problemlərlə bağlı «YouTube» platformasında çoxsaylı videolar yerləşdirilib:

Qeyd edək ki, «Huawei» şirkəti yeni smartfonlarını yaxın zamanlarda Bakıda da təqdim edib. Mobil telefon istifadəçiləri yeni modellərin qiymətinin mobil telefon bazarı üçün yüksək olduğu bildirilir. Şirkətin özü də təqdimatda qiymətləri açıqlayıb. Belə ki, limitli sayda istehsal olunan «Huawei Mate 20 RS Porsche Design» modelinin satış qiyməti 4000-4500 AZN civarında satılır.

Mənbə Qaynarinfo.az


Digər xəbərlər


Manatın sabaha məzənnəsi

Fevralın 26-na manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan Gülüstan.info-ya verilən məlumata görə, 26.02.2020-ci il tarixindən etibarən rəsmi məz...

Mütəxəssislər Tesla avtomobillərində səhv tapdı - Şirkət adekvat addım atmayacaq

«McAfee» şirkətinin kompüter təhlükəsizliyi üzrə mütəxəssisləri Tesla elektrikli nəqliyyat vasitələrinin avtopilotunu sındırmağa (kənardan ...

Azərbaycanda qızıl və gümüş bahalaşmaqda davam edir

Azərbaycanda qızıl və gümüş bahalaşıb. Gülüstan.info xəbər verir ki, fevralın 24-də qızılın qiyməti fevralın 21-i ilə müqayisədə 61,8375 manat art...

Koronavirusdan "Samsung"a zərbə - Fabriklər bağlanır

«Samsung»un Cənubi Koreyadakı bir fabrikində işçilərdə koronavirus aşkar edilib və şirkət həmin fabriki bağlayıb. Gülüstan.info xəbər ve...