21.02.2019

Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması xalqın rifahının yaxşılaşdırılması yolunda yeni mərhələ oldu — Rob Sobhani


Mehriban Əliyeva nəinki Azərbaycanın birinci xanımıdır, həm də xeyirxah işlərdə birinci xanımdır

Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması xalqın rifahının yaxşılaşdırılması yolunda yeni mərhələ oldu.

Bunu nitqində “Caspian Group Holdings”in baş direktoru Rob Sobhani bildirib. O qeyd edib ki, birinci xanım Mehriban Əliyeva qısa müddət ərzində Azərbaycanın mədəniyyət və irs sahəsində imicini beynəlxalq arenada daha da yüksəldib: “Mehriban Əliyeva Azərbaycanın zəngin tarixi və mədəniyyətini Roma və Paris kimi dünyanın mədəni mərkəzlərində populyarlaşdırıb”.

R.Sobhani Birinci vitse-prezident Mehriban Əliyevanın sadə azərbaycanlıların həyatında əks olunan xeyirxahlığını xüsusi qeyd edib: “Mehriban Əliyeva nəinki Azərbaycanın birinci xanımıdır, həm də xeyirxah işlərdə birinci xanımdır. Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması Azərbaycan xalqı üçün Tanrının xeyir-duası oldu, çünki o, öz səlahiyyətlərindən Azərbaycanın vətəndaşlarının rifahı naminə istifadə edir”.

Baş direktor vurğulayıb ki, Mehriban Əliyeva bütün təfərrüatlara diqqət yetirir və vətəndaşların problemləri onun nəzərindən yayınmır:

“Bu da vacibdir ki, Mehriban xanım öz səlahiyyətləri çərçivəsində nazir və digər vəzifəli şəxslərin diqqətini istər Bakıda, istər Gəncədə, istərsə də Lənkəranda vətəndaşların problemlərinə daha sıx yönəldə bilər. Azərbaycan xalqı Birinci vitse-prezidenti ilə fəxr edə bilər, çünki Mehriban Əliyeva Azərbaycanın adını bütün dünyada daha da ucaldıb. Bu gün Mehriban Əliyevanın sayəsində Fransa və İtaliyada Azərbaycan mədəniyyətinin zəngin tarixi ilə daha yaxından tanışdırlar”.

Ekspertin sözlərinə görə, daha bir vacib amil odur ki, Mehriban Əliyeva qadın sahibkarların məsələlərinə böyük diqqət ayırır, onlara öz bizneslərini yaratmağa və Azərbaycanın iqtisadi artımının təmin olunmasında bərabərhüquqlu iştirakçı olmağa kömək edir:

“Qeyd etmək lazımdır ki, Mehriban Əliyevanın elm sahəsinə diqqəti də Azərbaycan xalqı üçün vacibdir, çünki bu, bilik mübadiləsinə və bu biliklərin ölkədə, məsələn, müasir xəstəxanaların tikintisi sahəsində tətbiq olunmasına imkan verir”.

Mənbə Trend.az


Digər xəbərlər


Həsən Ruhaniyə qarşı tələbələr etiraz aksiyası keçirdi - Foto

Bu gün İran prezidenti Həsən Ruhani Tehran Universitetində çıxış edən zaman tələbə həmkarlar ittifaqının bir qrup üzvü universitet binası qarşısında ...

Sabah 5 rayonda qaz olmayacaq

Oktyabrın 17-də Qaz İxrac İdarəsinin Qazpaylayıcı Stansiyalarda aparacağı yenidənqurma işləri ilə bağlı saat 08:30-dan 19:00-dək Sabirabad, Saatlı, İ...

Prezident Göyçayla bağlı sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Göyçay rayonu ərazisində Göyçay çayında selə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında sərənc...

Gəncənin küçə və prospektlərindəki yollar yenilənir

Gəncədə icra olunan su və kanalizasiya xətlərinin yenidən qurulması layihəsinə uyğun olaraq, şəhərin qazılmış küçə və prospektlərinə asfalt örtüyünün...