Bakı 23 ℃

USD 1.7
RUB 0.0277
EUR 1.7426
TRY 0.0947
Qızıl 3050.718
Gümüş 35.0623

06.03.2019

Heydər Əliyev adına Mədəniyyət Mərkəzi satışa çıxarıldı — Türkiyədə

Türkiyədəki «Heydər Əliyev adına Mədəniyyət Mərkəzi” yaranmış borca görə satışa çıxarılıb

Bu barədə sözügedən mərkəzin rəhbəri olan Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri, Avropa Azərbaycan Konqresinin vitse-prezidenti Bilal Dündar məlumat verib. 

O bildirib ki, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri dəyişəndən sonra «Heydər Əliyev adına Mədəniyyət Mərkəzi»nin vergi borcları yaranıb. 

Onun sözlərinə görə, yaranmış vergi borcları ilə bağlı dəfələrlə Azərbaycan hökumətinin rəsmilərinə, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova məlumat verilib. 

«Çox təəssüf ki, yeni Komitə sədri olan Fuad Muradov Ulu öndər Heydər Əliyevin adını daşıyan bu Mərkəzin saxlanılması üçün bizə dəstək olmadı. Əksinə, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev bizə bildirdi ki, bizim adımız olmadan gedin o Mərkəzi bağlayın. Bu sözlərdən sonra bir anlı özümdə düşündüm ki, bu adamlar zərrə qədərmi Heydər Əliyev şəxsiyyətinə dəyər vermirlər? Necə yəni gedin bağlayın? Mən Valeh Hacıyevdən tələb etdim ki, Ulu öndər Heydər Əliyevin adını daşıyan bu mərkəzi bağlamağımız üçün bizə yazılı formada icazə sənədi verin. Ancaq o bundan dərhal qaçdı və bildirdi ki, bunu edə bilməz. Mən bu barədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin köməkçisi hörmətli Əli müəllim Həsənova da məlumat vermişəm. Çox təəssüf ki, indiyədək yaranan borc məsələsi həllini tapmadığı üçün mən də məcbur olub şəxsi avtomobilimi satıb borcun bir hissəsini ödədim. Ancaq «Heydər Əliyev adına Mədəniyyət Mərkəzi»nin adına gələn xeyli miqdarda borc hələ də qalır. Artıq Azərbaycan tərəfi mənə başqa çıxış yolu buraxmadığı üçün «Heydər Əliyev adına Mədəniyyət Mərkəzi» bağlamaq qərarına gəldik».

Bilal Dündar Ulu öndər Heydər Əliyevin adını daşıyan bu mərkəzin saxlanılması üçün Azərbaycan Prezidenti İlham Əliyevə də müraciət edib:
«Cənab Prezident, «Heydər Əliyev adına Mədəniyyət Mərkəzi» ilk növbədə sizin rəhmətlik atanızın adını daşıyır. Fəaliyyətimiz boyu daim sizin yürütdüyünüz uğurlu siyasəti daim dəstəkləmişik, Türkiyə-Azərbaycan qardaşlığı və dostluğunun qorunması üçün əlimizdən gələni etmişik və bundan sonra da belə davam edəcəyik. Sədrlik etdiyim Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası da Azərbaycan diasporunun formalaşmasında müstəsna xidmətlər göstərib və bunu zaman-zaman sizin yüksək vəzifələrə təyin etdiyiniz şəxslər də söyləyib. 

Eyni zamanda, biz Türkiyədə «Azərbaycanın səsi» adlı jurnal təsis etmişik. İzmit şəhərində Xocalı soyqırımının qurbanlarının xatirəsinin yad olunması məqsədilə möhtəşəm abidə kompleksi yaradılmasına nail olmuşuq.  

Həmçinin, Sizin dəstəyiniz və xeyir-duanızla Kocaeli şəhərində Ulu öndər Heydər Əliyevin adını daşıyan «Heydər Əliyev adında Mədəniyyət Mərkəzi» açmışıq. Vaxtilə bu mərkəzin açılışına Diasporla İş üzrə Dövlət Komitəsinin sədri olmuş Nazim İbrahimov, Azərbaycan dövlətinin digər yüksək vəzifəli şəxsləri qatılıblar. 

Möhtərəm cənab Prezident, təəəssüflər olsun ki, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbərliyinin vəzifəsindən sui-istifadə etməsi nəticəsində mərhum Prezidentimiz Heydər Əliyevin adını daşıyan «Heydər Əliyev adına Mədəniyyət Mərkəzi» külli miqdarda (təxminən yüz min manat) ziyana düşüb. Bu problemin həllinə kömək məqsədilə bir neçə dəfə Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovla, yeni sədr Fuad Muradovla, onun birinci müavini Valeh Hacıyevlə, Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanovla görüşüb onlara vəziyyəti izah etmişəm. Hətta, bu barədə Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsini və Milli Məclis rəhbərliyini də məlumatlandırmışam. 

Təəssüflər olsun ki, mənə verilən vədlər indiyədək vəd olaraq qalıb. Türkiyə qanunlarına görə Kocaelidə fəaliyyət göstərən həmin Mərkəz tərəfindən vergiyə borc yaranıb və 5 aydan çoxdur ki, «Heydər Əliyev adında Mədəniyyət Mərkəzi» satışa çıxarılıb. Bu zərbə təkcə mənə deyil, eyni zamanda müasir Azərbaycanın qurucularından biri olan, Azərbaycan disporunu min bir əziyyətlə formalaşdıran Ulu öndər Heydər Əliyev və onun qurduğu müstəqil dövlətə dəyəcək.

Cənab Prezident, son ümid yeri kimi Sizə üzümü tutub xahiş edirəm: Ulu öndər Heydər Əliyevin adını daşıyan «Heydər Əliyev adına Mədəniyyət Mərkəzi”nin bağlanmasına imkan verməyin. Çünki bu mərkəz Azərbaycan dövlətinə və xalqına xidmət edir».

Mənbə qaynarinfo.az


Digər xəbərlər


Muğam Televiziya Müsabiqəsinin finalı və qala-konserti Şuşada keçiriləcək

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keç...

Azərbaycan və İsrail birgə film çəkir

Azərbaycanda Oğuz rayonunun dağ yəhudiləri ilə bağlı “Oğuz yəhudiləri” adlı yeni sənədli filmin çəkilişlərinə başlanılıb. Azər...

II Milli Yaylaq Festivalı keçiriləcək

İyulun 29-31-də Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda ...

“Avroviziya-2023” Britaniyada keçiriləcək - RƏSMİ

Avroviziya mahnı müsabiqəsinin 2023-cü ildə Böyük Britaniyada keçirilməsi rəsmiləşib. Gulustan.info xəbər verir ki, bu barədə ...

Şuşada keçirilən Vaqif Poeziya Günləri başa çatıb

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət pay...

Makron Azərbaycanın əməkdar artistini “Fəxri Legion” ordeni ilə təltif edib

Fransa Prezidenti Emmanuel Makronun 13 iyul 2022-ci il tarixli Fərmanı ilə Azərbaycan əsilli tanınmış müsiqiçi Adilə Əliyeva ölkə...

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərənc...

Şuşada Vaqif Poeziya Günləri başlayıb

İyulun 14-də Şuşada Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilat...