Rusiyadan Ermənistanla bağlı acı etiraf — Müharibə olsa, İrəvan məhv olacaq
Ermənistanda daxili qarşıdurma getdikcə kəskinləşir
Bu kontekstdə Rusiya Jurnalistlər Birliyinin sədri Vladimir Solovyovun canlı efirdə səsləndirdiyi fikirlər diqqət çəkdi. Sovolyov qeyd etdi ki, Ermənistanda mövcud olan ziddiyyətlər erməni cəmiyyətinin parçalanmasına gətirib çıxaracaq: “Bu parçalanma Qarabağ üzərində nəzarətin itirilməsi ilə nəticələnəcək. Bu, qorxunc faciə olacaq, minlər, bəlkə də yüzminlərlə insan məhv olacaq. Qarabağda nəzarəti itirən Ermənistan özü də yox olacaq”.
Publika.az xəbər verir ki, rusiyalı ekspert Nikita İsayev bu fikirləri şərh edib.
İsayev hesab etmir ki, hazırda erməni cəmiyyəti parçalanıb. Lakin onun fikrincə, Ermənistanda yeni elitaların formalaşması və mübarizəsi gedir.
“Birincisi, Ermənistan cəmiyyətində müxtəlif siyasi qruplar müəyyən səlahiyyətlərə sahib olmaq uğrunda mübarizə aparırlar. Mübarizənin əsas tərəfi iqtiadiyyatın müxtəlif sektorlarına nəzarət uğrundadır.
İkincisi, Rusiya-Ermənistan münasibətlərinin kəskinləşməsi erməni cəmiyyətində narahatlıq yaradıb, xüsusilə Robert Köçəryna 2008-ci il 1 mart hadisələrinə görə cinayət işinin açılması bu narahatlığı artırıb.
Üçüncüsü, erməni cəmiyyəti anlamağa çalışır ki, ölkənin iqtisadi və siyasi təhlükəsizliyinə hansı güc zamin olacaq: Rusiya, ABŞ, Çin, Avropa Birliyi ölkələri – Almaniya və ya Fransa? Nikol Paşinyanın hazırda həyata keçirdiyi “qayıq diplomatiyası” belə sualların yaranmasına səbəb olur. Bu proseslər fonunda Qarabağda hərbi eskalasiyanı istisna etmirəm, lakin bu, Rusiyanın zəiflədilməsi üçün onun sərhədlərinə yaxın ərazilərdə müharibələrin başladılması planının bir parçası ola bilər”, – deyə İsayev vurğulayıb.
Rusiyalı ekspert Moskvanın İrəvanda siyasi gücünü möhkəmləndirmək üçün təzyiq rıçaqlarından istifadə edəcəyini hesab edir. Onun sözlərinə görə, Moskva və İrəvan arasında əsas problem konkret dialoqun yoxluğudur, buna görə də Ermənistan Qərbə doğru üz tutur.
Mənbə musavat.az
Digər xəbərlər

Mehriban Əliyeva: “Uca Tanrı uşaqları bütün qada-balalardan qorusun!” - FOTO
Birinci vitse-prezident Mehriban Əliyeva 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı rəsmi “Instagram” hesabında payla...

Avtobus sürücüsünü döyən şəxslə bağlı DİN-dən AÇIQLAMA
Daxili İşlər Nazirliyi (DİN) Abşeronda avtobus sürücüsünü döyən şəxslə bağlı açıqlama yayıb. DİN-dən Gulustan.info-ya daxil ol...

Prezident yeni yolun açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7,5 kilomet...

Azərbaycanda boşanmaların sayı açıqlandı
2020-ci ilin yanvar-sentyabr aylarında qeydiyyat şöbələri tərəfindən 26 min 312 nikah qeydə alınıb. Bu barədə Dövlət Statistik...
ANAMA-nın əməkdaşı minaya düşüb
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) minaaxtaranı — Zeynalov Telman B...
Türkiyədə Polad Həşimov adına park açıldı - Foto
Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində ölkəmizə xain hücumları nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvv...

İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinə təşəkkür etdi
Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinə müraciət edib. AZƏRTAC-da yayımlanan müraciətdə deyilir:...
TƏBİB-dən koronavirus vaksinlərinin ilk kimlərə vurulacağı ilə bağlı açıqlama
Azərbaycanda ilkin mərhələdə əhalinin 20 faizi koronavirusa görə vakinasiya olunacaq. Gulustan.info xəbər verir ki, bunu TƏBİB-in...