Bakı 28 ℃

USD 1.7
RUB 0.0312
EUR 1.7773
TRY 0.1018
Qızıl 3064.709
Gümüş 34.1546

07.03.2019

Ankarada “Nəsimi ili”nin açılışı ilə bağlı möhtəşəm tədbir keçirilib

Martın 6-da Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mənzil qərargahında keçirilən “Nəsimi ili”nin açılış mərasimi Türkiyə Prezidenti Administrasiyasının Simfonik Orkestrinin geniş konsert proqramı ilə davam edib

Azərbaycanın Mədəniyyət Nazirliyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanası tərəfindən təşkil olunan konsertdən əvvəl Azərbaycan mədəniyyət naziri Əbülfəs Qarayev və TÜRKSOY-un baş katibi Düsen Kaseinovun çıxışları dinlənilib. 

2019-cu ilin türk dünyasında “Nəsimi ili” elan olunmasını tarixi hadisə kimi dəyərləndirən TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib ki, 2013-cü ildən həyata keçirilən tarixi şəxsiyyətləri tanıtma layihəsi türkdilli xalqların milli sərvətinə çevrilib. Türkdilli xalqların ortaq mədəniyyətinin, ədəbiyyatının, eləcə də tarixi şəxsiyyətlərinin tanınmasına xidmət edən bu layihə milli dəyərlərimizin inteqrasiyasını təmin edir.

Baş katib həmçinin, bugünkü konsert proqramının repertuarına Azərbaycan muğamı, aşıq sənəti və TRT xorunun ifasına Nəsimi poeziya nümunələrinin daxil edilməsini böyük şairin təkrarsız yaradıcılığının göstəricisi kimi dəyərləndirib. 

İmadəddin Nəsimi yaradıcılığının dünyada tanınması, şəxsiyyətinin əbədiləşdirilməsi, əsərlərinin kütləvi şəkildə nəşrinin, həyat və yaradıcılığının elmi araşdırılmasının ümummilli lider Heydər Əliyev adı ilə bağlı olduğunu diqqətə çatdıran mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, Bakı şəhərinin mərkəzi rayonlarından biri Nəsiminin adını daşıyır, paytaxtımızda böyük şairin möhtəşəm abidəsi ucaldılıb, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu dahi şairin adını daşıyır. Məhz 1970-ci illərdə ulu öndər Heydər Əliyev Nəsiminin 600 illik yubileyinin ilk dəfə dövlət səviyyəsində qeyd olunmasına və hətta bu yubileyin UNESCO-da da layiqincə keçirilməsinə nail olub.

Azərbaycanda görkəmli şəxsiyyətlərin adının uca tutulması ilə bağlı ənənələr Prezident İlham Əliyev tərəfindən də uğurla həyata keçirilir. Bunun nəticəsidir ki, Prezident İlham Əliyevin məlum Sərəncamları ilə 2019-cu il “Nəsimi ili” elan olunub və böyük şairin anadan olmasının 650 illiyi dövlət səviyyəsində qeyd edilir. TÜRKSOY tərəfindən 2019-cu ilin türk dünyasında “Nəsimi ili” elan olunmasını Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Azərbaycan mədəniyyətinə və tarixi şəxsiyyətlərinə göstərdiyi növbəti ehtiramlı addım kimi dəyərləndirən nazir Prezident İlham Əliyevin TÜRKSOY-a səmimi təşəkkürünü çatdırıb. 

Nazir qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ötən il ötən il Bakıda Nəsimi – şeir, sənət və mənəviyyat festivalı keçirilib. Qərara alınıb ki, Şərqin dahi şair və görkəmli mütəfəkkirlərindən olan İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığının təbliği və mədəni-ədəbi əlaqələrin genişləndirilməsinə xidmət edən bu layihə ənənəvi şəkildə davam etdirilsin. Çıxışlarda həmçinin, İmadəddin Nəsiminin zəngin elmi biliyə sahib olması, onun yaradıcılığındakı nadir üslubun hər zaman poeziyasevərlər tərəfindən cəlbedici qarşılanması, şeir və qəzəllərinin sevilə-sevilə oxunması, böyük tədqiqatçıların Nəsimi fəlsəfəsinə göstərdikləri maraq, müasirləri arasında bəzi zümrələri təmsil edənlərin böyük şairə qarşı çıxmalarından bəhs olunub.

Əminliklə ifadə olunub ki, 2019-cu ildə bütün türkdilli ölkələrdə Nəsimi yaradıcılığına dair keçirilən tədbirlər türkdilli xalqlar tərəfindən böyük ehtiramla qarşılanacaq. Bədii hissədə əvvəlcə Azərbaycanın xalq artisti Elnarə Kərimovanın dirijorluğu ilə TRT xorunun möhtəşəm ifası oldu. Tanınmış aşıqlar Səlahəddin Dündar və Mehmet Gökçenin sazda çıxışlarından sonra Azərbaycanın Əməkdar artisti Feyruz Səxavət Nəsiminin qəzəllərini muğam üstə ifa edib.

Mənbə musavat.az


Digər xəbərlər


Rəsul Rzanın ev-muzeyi yaradılacaq - SƏRƏNCAM

Prezident İlham Əliyev Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabinetin...

Azərbaycan 59-cu Venesiya Biennalesində təmsil olunur

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 59-cu Venesiya Biennalesində – Beynəlxalq İncəsənət Sərgisində təmsil olunur...

Tofiq Mirzəyev “Xalq artisti” fəxri adı və “Şöhrət” ordeni ilə təltif edilib

Tofiq İbrahim oğlu Mirzəyevə “Xalq artisti” fəxri adı verilib. Gülüstan.info xəbər verir ki, Prezident İlham Əliyev bununla ba...

Heydər Əliyev Mərkəzində xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçirilib

Heydər Əliyev Mərkəzində xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçirilib. Gülüstan.info xəbər verir ki, Heyd...

Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilib

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı başlayıb. Toplantını Azərbaycan Yazıçılar Birli...

Bu gün “TEKNOFEST Azərbaycan” festivalı işə başlayır

Bu gün Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı işə başlayır. Tədbir 4 gün davam edəcək. “TEKNOFES...

Heydər Əliyev Fondunun dəstəyi ilə “Azərbaycan xalçası-ilmələrin rəqsi” adlı yeni xalça kolleksiyası və kitabı təqdim olunacaq

Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunub saxlanılması, inkişafı və tanıdılmasına ...

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və “AFFFAIR in Carpets” dəfiləsi olacaq

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçiriləc...