Bakı 27 ℃

USD 1.7
RUB 0.0321
EUR 1.7771
TRY 0.1023
Qızıl 3087.353
Gümüş 35.2303

09.03.2019

Bakıda hər kəs «Sevginin kölgəsi»nə yığışdı

Bu gün Ağ Şəhərdə yerləşən “White Gallery”də gənc rəssam Çinarə Quliyevanın “Sevginin kölgəsi” adlı rəsim sərgisinin açılışı olub

Sərgidə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin yaradıcılığına xarakterik olan mövzu və simaları əks etdirən rəsm əsərlərinə geniş yer verilib. Martın 9-dan 11-dək davam edəcək sərgi ölkəmizdə həyata keçirilən “Nəsimi ili” çərçivəsində təşkil olunub. Sərgidə abstract, klassik, milli və realizm üslublarından, Rembrant texnikasından istifadə olunan əsərlər yer alıb.

Çinarə Quliyeva gənc olmasına baxmayaraq, yüzlərlə sənət əsəri yaradıb və onun əsərləri nəinki Azərbaycanda, hətta ölkəmizin hüdudlarından kənarda da maraqla qarşılanıb.

Bir çox peşəkarlardan “ustad dərsləri” alan Çinarə Mədəniyyət Nazirliyi və Gənclər Fondunun həyata keçirdiyi sərgi yarışmalarının iştirakçısı və qalibi olub. Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Gözəlliyin ruhu” və “1-ci Azərbaycan Anime Sərgisi” adlı rəsm yarışmalarında birincilik qazanıb.

Çinarə Quliyeva “ArtColab” rəssamlıq kursunun həmtəsisçisi və rəhbəridir.

Sərgidə Milli Məclisin deputatları, dövlət rəsmiləri, tanınmış rəssamlar və mətbuat nümayəndələri iştirak edib.


Digər xəbərlər


Rəsul Rzanın ev-muzeyi yaradılacaq - SƏRƏNCAM

Prezident İlham Əliyev Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabinetin...

Azərbaycan 59-cu Venesiya Biennalesində təmsil olunur

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 59-cu Venesiya Biennalesində – Beynəlxalq İncəsənət Sərgisində təmsil olunur...

Tofiq Mirzəyev “Xalq artisti” fəxri adı və “Şöhrət” ordeni ilə təltif edilib

Tofiq İbrahim oğlu Mirzəyevə “Xalq artisti” fəxri adı verilib. Gülüstan.info xəbər verir ki, Prezident İlham Əliyev bununla ba...

Heydər Əliyev Mərkəzində xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçirilib

Heydər Əliyev Mərkəzində xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçirilib. Gülüstan.info xəbər verir ki, Heyd...

Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilib

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı başlayıb. Toplantını Azərbaycan Yazıçılar Birli...

Bu gün “TEKNOFEST Azərbaycan” festivalı işə başlayır

Bu gün Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı işə başlayır. Tədbir 4 gün davam edəcək. “TEKNOFES...

Heydər Əliyev Fondunun dəstəyi ilə “Azərbaycan xalçası-ilmələrin rəqsi” adlı yeni xalça kolleksiyası və kitabı təqdim olunacaq

Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunub saxlanılması, inkişafı və tanıdılmasına ...

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və “AFFFAIR in Carpets” dəfiləsi olacaq

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçiriləc...