Səudiyyə Ərəbistanının tarixində ilk: Konservatoriya açılacaq
Səudiyyə Ərəbistanı ölkədə ilk konservatoriya binasını inşa etməyi planlaşdırır. Bunu Krallığın Əyləncələr üzrə Baş İdarəsinin direktoru Turki Al əş-Şeyx bildirib
Turki Al əş-Şeyx “Əl-Ərəbiyyə” telekanalının efirində deyib: “Mən təbəələr üçün qeyri-adi sürprizi elan etmək istərdim. Mədəniyyət Şurası konservatoriyanın tikintisinə və açılışına tezliklə icazə verilməsi imkanlarını öyrənir”. Doğrudur, Turki Al əş-Şeyx layihənin müddətini və dəyərini açıqlamayıb.
Bundan sonra sosial şəbəkələrdə islahat tərəfdarları ilə mühafizəkarlar arasında mübahisələr başlayıb. Əsasən gənclərdən ibarət islahat tərəfdarları hesab edirlər ki, bu təşəbbüsün vaxtı çoxdan çatıb və o, Krallığın inkişafında irəliyə doğru atılmış addım olacaq. Onların opponentlərinin, yaşlı nəslin nümayəndələrinin fikrincə, musiqi təhsilinin dəstəklənməsi islam normalarını pozur. Onlar düşünürlər ki, konservatoriya yerinə daha çox ilahiyyat məktəbləri və Quran kursları açmaq lazımdır.
Musiqi savadı Krallığın orta və ali məktəblərinin çoxunda hələ də məcburi dərs proqramına daxil deyil. Daha mühafizəkar bölgələrdə ali məktəblərin rəhbərliyi musiqinin qadağan edilməsi barədə fitvaları rəhbər tutur və onlara riayət edir.
Musiqi, ilk növbədə, kütləvi çıxışlar yaxın keçmişə qədər Səudiyyə Ərəbistanında dövlət səviyyəsində qadağan edilmişdi. “Baxış-2030” planının qəbul edilməsi vəziyyəti əsaslı surətdə dəyişib. Ölkədə müntəzəm olaraq konsertlər və festivallar təşkil edilməyə başlayıb, ilk opera binasının tikintisi planlaşdırılır. Təkcə bu il Krallığın musiqi məkanlarında Merayya Keri, Andrea Boçelli və multiinstrumentalçı Yanni kimi musiqiçilər çıxış ediblər.
Bu il Taif və Ər-Riyad əyalətlərində dövlət universitetləri bazasında musiqi alətlərində ifa kursları, vokal və səhnə mədəniyyəti sinifləri açılıb. Dərslər həm oğlanlara, həm də qızlara uyğunlaşdırılıb.
Mənbə azertag.az
Digər xəbərlər

Rəsul Rzanın ev-muzeyi yaradılacaq - SƏRƏNCAM
Prezident İlham Əliyev Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabinetin...

Azərbaycan 59-cu Venesiya Biennalesində təmsil olunur
Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 59-cu Venesiya Biennalesində – Beynəlxalq İncəsənət Sərgisində təmsil olunur...

Tofiq Mirzəyev “Xalq artisti” fəxri adı və “Şöhrət” ordeni ilə təltif edilib
Tofiq İbrahim oğlu Mirzəyevə “Xalq artisti” fəxri adı verilib. Gülüstan.info xəbər verir ki, Prezident İlham Əliyev bununla ba...

Heydər Əliyev Mərkəzində xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçirilib
Heydər Əliyev Mərkəzində xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçirilib. Gülüstan.info xəbər verir ki, Heyd...

Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilib
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı başlayıb. Toplantını Azərbaycan Yazıçılar Birli...

Bu gün “TEKNOFEST Azərbaycan” festivalı işə başlayır
Bu gün Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı işə başlayır. Tədbir 4 gün davam edəcək. “TEKNOFES...

Heydər Əliyev Fondunun dəstəyi ilə “Azərbaycan xalçası-ilmələrin rəqsi” adlı yeni xalça kolleksiyası və kitabı təqdim olunacaq
Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunub saxlanılması, inkişafı və tanıdılmasına ...

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və “AFFFAIR in Carpets” dəfiləsi olacaq
Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçiriləc...