Bakı 28 ℃

USD 1.7
RUB 0.0312
EUR 1.7773
TRY 0.1018
Qızıl 3064.709
Gümüş 34.1546

14.03.2019

Qobustan qoruğunda maraqlı tarixi səhnə aşkarlanıb — Video

Bir neçə ay öncə Qobustan qoruğundakı Tunc dövrünə aid «Çapmalı» yaşayış yerinin yaxınlığındakı qayaların birində qədim Misirdəki «Tazılar və çaqqallar 58 xana» masaüstü oyunu ilə oxşarlıq təşkil edən rəsm aşkar olunub

Qoruğun direktoru Vüqar İsayevin sözlərinə görə, 2016-cı ildən icrasına başlanılmış «Qayaüstü təsvirlərin rəqəmsal məlumat bazasının yaradılması» layihəsi çərçivəsində 500-dən artıq yeni təsvir aşkar edilib. Aşkar olunmuş təsvirlər arasında Qobustan üçün xarakterik olan təsvirlərlə yanaşı, yeni istiqamətli təsvirlər də var.

«Eramızdan əvvəl II minilliyin əvvəllərindən başlayaraq ticarət və miqrasiya vasitəsilə bu oyunlar Mesopatoamiyaya, Anadoluya, Kiprə və Azərbaycan ərazisinə yayılıb. Bu oyunun qaydaları tam bəlli olmasa da, bəzi tədqiqatçılar onun nərd oyununun qədim variantı olduğunu hesab edirlər. Bu oyun növündən Misirdə də aşkar edilib» — deyə direktor bildirib.

V.İsayev deyib ki, Tunc dövründə bu cür masaüstü oyunların müxtəlif versiyaları olub. Qobustanda aşkar olunmuş oyunun «Tazılar və çaqqallar 58 xana» oyunu adlandığı və eramızdan əvvəl III minillikdə Misirdə yarandığı güman olunur.

O, qeyd edib ki, qədim Misir fironunun məzarında arxeoloji araşdırmalar aparılan zaman bu oyunun taxtadan hazırlanmış forması tapılıb. Oyunda istifadə edilən daşlardan birinin başı çaqqal, digərinin başı isə tazı (it) olub. Oyunda 58 xana olduğu üçün oyun «58 xanalı Tazı və Çaqqal» oyunu adlanır.


Qobustan Milli Tarix-Bədii Qoruğunda «58 xanalı Tazı və Çaqqal» oyunu

Müsahibimiz onu da vurğulayıb ki, dövrü masaüstü oyunlarının tədqiqatçısı, amerikalı arxeoloq, ABŞ-ın Arizona Dövlət Universitetinin Antropologiya bölməsinin əməkdaşı Valter Krist 2018-ci ilin yazında Azərbaycanda səfərdə olarkən sözügedən təsvirlə tanış olub: «O, ABŞ-ın Yaxın Şərq və Aralıq dənizi hövzəsinin qədim tarixini tədqiq edən «Amerika Şərq Tədqiqatları Məktəbləri» qeyri-hökumət təşkilatının Denver şəhərində keçirilən konfransında təsvir barədə məlumat verib. Bu məlumat böyük marağa səbəb olub».

Həmsöhbətimiz onu da vurğulayıb ki, bu oyun təsvirinin yerləşdiyi «Çapmalı» düşərgəsi 1970-1971-ci illərdə arxeoloqlar Cəfərqulu Rüstəmov və Firuzə Muradova tərəfindən arexeoloji qazıntılar vasitəsilə öyrənilib: «Tədqiqatlar nəticəsində məlum olub ki, bu düşərgə eradan əvvəl II minilliyin əvvəlindən orta əsrlərədək fəaliyyət göstərib. Düşərgədən aşkar olunmuş maddi mədəniyyət nümunələri və yaxınlıqdakı qayaüstü təsvirlərə əsasən demək olar ki, bu düşərgə dini ibadət yeri rolunu oynayıb».

İsayevin dediyinə görə, Qobustanın Böyükdaş və Cingirdağ adlanan ərazisində də Tunc dövründən başlayaraq, orta əsrlərə qədər olan dövrü əhatə edən müxtəlif quruluşlu oyun izləri aşkar edilib. Oyunlardan bəziləri müxtəlif formalarda bu günə qədər gəlib çıxıb. Məsələn, bizə məlum olan «Aşıq-aşıq», «Mərə-mərə», «Beş daş» oyunları bu tip oyunlardır.

Mənbə sputnik.az


Digər xəbərlər


Rəsul Rzanın ev-muzeyi yaradılacaq - SƏRƏNCAM

Prezident İlham Əliyev Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabinetin...

Azərbaycan 59-cu Venesiya Biennalesində təmsil olunur

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 59-cu Venesiya Biennalesində – Beynəlxalq İncəsənət Sərgisində təmsil olunur...

Tofiq Mirzəyev “Xalq artisti” fəxri adı və “Şöhrət” ordeni ilə təltif edilib

Tofiq İbrahim oğlu Mirzəyevə “Xalq artisti” fəxri adı verilib. Gülüstan.info xəbər verir ki, Prezident İlham Əliyev bununla ba...

Heydər Əliyev Mərkəzində xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçirilib

Heydər Əliyev Mərkəzində xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçirilib. Gülüstan.info xəbər verir ki, Heyd...

Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilib

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı başlayıb. Toplantını Azərbaycan Yazıçılar Birli...

Bu gün “TEKNOFEST Azərbaycan” festivalı işə başlayır

Bu gün Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı işə başlayır. Tədbir 4 gün davam edəcək. “TEKNOFES...

Heydər Əliyev Fondunun dəstəyi ilə “Azərbaycan xalçası-ilmələrin rəqsi” adlı yeni xalça kolleksiyası və kitabı təqdim olunacaq

Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunub saxlanılması, inkişafı və tanıdılmasına ...

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və “AFFFAIR in Carpets” dəfiləsi olacaq

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçiriləc...