Bakı 27 ℃

USD 1.7
RUB 0.0321
EUR 1.7771
TRY 0.1023
Qızıl 3087.353
Gümüş 35.2303

16.03.2019

Bakının yeganə açıq kitabxanası: Oxuduğunu ver, əvəzində yeni birini götür

Bakıda M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının (AMK) nəzdində yaradılan açıq kitabxanaya maraq yüksəkdir, bu kitabxanadan gənclər və uşaqlar daha çox istifadə edirlər

Bunu AMK-nın direktor müavini Ədibə İsmayılova deyib.

Ə.İsmayılovanın sözlərinə görə, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının «Açıq kitabxana» layihəsi çərçivəsində 2016-cı ildə yaradılan məkana gələnlər arasında əcnəbilər də olur:

«Açıq kitabxanadan istifadə etmək üçün qeydiyyatdan keçmək lazım deyil. Ona görə də buraya il ərzində nə qədər oxucunun gəldiyini demək olmur. Ancaq müşahidələrə əsasən, demək olar ki, buraya gələn oxucuların sayı minlərlədir. Kitabxanaya gələnləri kitabxanaçılar müşayiət edirlər. Oxucular isə kitablardan sərbəst şəkildə istifadə edirlər».

Ə.İsmayılova qeyd edib ki, açıq kitabxanaya müraciət edən hər bir vətəndaş öz kitabını kitabxanaya təhvil verməklə oxumadığı yeni bir kitab əldə edə bilir. Oxucunun bu kitabxanadan kitab götürməsi üçün onun aldığının əvəzinə başqa bir kitab təhvil verməsi şərtdir. Həmin şəxs aldığı bu kitabı geri qaytarmaya da bilər:

«Bu, artıq onun kitabı sayılır. Ancaq həmin oxucu yenidən kitab oxumaq fikrinə düşərsə, kitabxanaya başqa birini təhvil verməlidir».

Ə.İsmayılova qeyd edib ki, kitabxanaya təhvil verilən kitabın latın qrafikası ilə yazılmasına və müasir dövrün tələblərinə uyğun olmasına üstünlük verilir:

«Çünki burada kitab oxuyanların əksəriyyəti gənclərdir, onlar da latın qrafikalı əlifba ilə oxuyurlar. Açıq kitabxananın fondunda olan kitabların əksəriyyəti gündəlik tələb olunan kitablardır. Açıq kitabxananın fondu ölü fond ola bilməz. Oradakı kitablara tələbat olmalıdır. Bu kitabxanada hazırda gənclərin oxuduğu çoxsaylı kitablar var».

Kitabxananın direktor müavini əlavə edib ki, bu layihə nəticəsində insanlar təmənnasız olaraq yeni kitablar götürüb oxumaq və digəri ilə dəyişmək imkanı qazanırlar, həm də daha çox oxunan kitabları müəyyən edə bilirlər.

Ə.İsmayılova qeyd edib ki, açıq kitabxanadakı kitablar daim yeniləri ilə əvəzləndiyindən kitabxananın fondu da tez-tez dəyişir. Kitabxanada AMK-nın qeydiyyatında olan kitablardan istifadə edilmir.

Direktor müavini 2018-ci ildən etibarən açıq kitabxananın fəaliyyətinin daha da təkmilləşdiyini, kitabxanada AMK-nın elektron kataloqundan, elektron kitabxanasından, Azərbaycan ədəbiyyatının virtual kitabxanasından və digər elektron kitabxanalardan oxucuların istifadəsi üçün kompüter avadanlığı və Wi-Fi şəbəkəsinin quraşdırıldığını da qeyd edib.

Mənbə trend.az


Digər xəbərlər


Rəsul Rzanın ev-muzeyi yaradılacaq - SƏRƏNCAM

Prezident İlham Əliyev Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabinetin...

Azərbaycan 59-cu Venesiya Biennalesində təmsil olunur

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 59-cu Venesiya Biennalesində – Beynəlxalq İncəsənət Sərgisində təmsil olunur...

Tofiq Mirzəyev “Xalq artisti” fəxri adı və “Şöhrət” ordeni ilə təltif edilib

Tofiq İbrahim oğlu Mirzəyevə “Xalq artisti” fəxri adı verilib. Gülüstan.info xəbər verir ki, Prezident İlham Əliyev bununla ba...

Heydər Əliyev Mərkəzində xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçirilib

Heydər Əliyev Mərkəzində xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçirilib. Gülüstan.info xəbər verir ki, Heyd...

Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilib

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı başlayıb. Toplantını Azərbaycan Yazıçılar Birli...

Bu gün “TEKNOFEST Azərbaycan” festivalı işə başlayır

Bu gün Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı işə başlayır. Tədbir 4 gün davam edəcək. “TEKNOFES...

Heydər Əliyev Fondunun dəstəyi ilə “Azərbaycan xalçası-ilmələrin rəqsi” adlı yeni xalça kolleksiyası və kitabı təqdim olunacaq

Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunub saxlanılması, inkişafı və tanıdılmasına ...

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və “AFFFAIR in Carpets” dəfiləsi olacaq

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçiriləc...