Mariana Vasileva: «Mehriban Əliyeva sayəsində Azərbaycanda gimnastikanın inkişafı üçün ən yaxşı şərait yaradılıb»
Birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva sayəsində ölkədə gimnastikanın inkişafı üçün ən yaxşı şərait yaradılıb
Bunu bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva deyib.
Baş məşqçi bildirib ki, bu il Bakı dünyanın gimnastika paytaxtına çevriləcək:
«Fevralda bizdə batut üzrə Dünya Kuboku keçirilib. Bu günlərdə idman gimnastikası üzrə Dünya Kuboku keçirilir. Aprelin 26-27-də bədii gimnastika həvəskarları bu idman növü üzrə Dünya Kubokunu izləyə biləcəklər. Həmin yarışdan əvvəl «AGF Trophy» beynəlxalq turniri keçiriləcək. Bu turnirdə Avropa çempionatına hazırlaşan gənc gimnastlar çıxış edəcək. Avropa çempionatı da Milli Gimnastika Arenasında keçiriləcək».
Avropa çempionatından danışan M.Vasileva qeyd edib ki, bəzi ölkələr, məsələn Moldova və Şimali Makedoniya yarışda ilk dəfə iştirak edəcək:
«Avropa çempionatı böyük əhəmiyyət daşıyır, çünki bu turnir sentyabrda Bakıda keçiriləcək dünya çempionatı üçün lisenziya xarakteri daşıyır. Bundan başqa, gimnastlara azarkeşlik etmək üçün çox sayda xarici qonağın gəlməsi gözlənilir».
Mənbə trend.az
Digər xəbərlər

Mehriban Əliyeva Zəngilan səfərindən növbəti paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Prezident İlham Əliyevlə birgə Z...

Ciddə-Bakı aviareysi gecikir
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya həyata keçirilməsi olan reysi (J2-1092) t...

Teymur Musayev Ermənistanın əsassız iddialarına cavab verib
Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyası çərçivəsində keçirilən ümumi debatlar zamanı çıxış edən Azərbaycanın səhiyyə na...

Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən görüntülər paylaşıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli, Cəbrayıl və Zəngilan rayon...

Bakıda sexdə yanğının söndürülməsinə 2 helikopter cəlb olunub
Bakıda sexdə yanğının söndürülməsinə 2 helikopter cəlb edilib. Bu barədə Gulustan.info-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) ...

Çavuşoğlu: “İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyirsə, gözlənilən addımları atmalıdır”
“İsveç və Finlandiya gözləntilərimizi təmin etmək üçün iradə nümayiş etdirərsə, hər iki ölkənin NATO-ya üzvlüyü istiqamətində add...

5 min nəfərə "Müharibə veteranı" adı verilməsi barədə qərar qəbul olunacaq - MN
Müdafiə Nazirliyinin (MN) tərkibində fəaliyyət göstərən komissiya tərəfindən Vətən müharibəsində iştirakı ilə bağlı məlumatlarını...

Selçuk Bayraktar: “Ürəyimizdə bir zaman yara olan Qarabağ qardaşlığımızın zirvəsidir”
“Bir millət, iki dövlət” olaraq Azərbaycan-Türkiyə qardaşlığı hər zaman sınaqdan çıxıb, hər dəfə əlaqələrimiz daha da möhkəmlənib...