Uşaq və Ailələrə Dəstək Mərkəzləri Novruz Bayramı ilə bağlı bir sıra tədbirlər keçirib
Komitə nəzdində fəaliyyət göstərən Şüvəlan, Saatlı, Sabirabad, Ağdam, Hacıqabul, Zərdab, Goranboy, Göygöl, Zaqatala, Qəbələ və İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzləri Novruz Bayramı münasibəti ilə bayram tədbirləri təşkil edib. Bayram tədbirlərində icmada yaşayan həssas təbəqədən olan ailələrin uşaqları, xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak edib. Tədbirdə çıxış edənlər xalqımızı bayram münasibəti ilə təbrik edib və qeyd ediblər ki, Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Varlığın yenidən canlanmasını müjdələyən Novruz sülh və əmin-amanlığın təmin olunması, insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradıb.
Tədbirdə uşaqlar bayram üçün hazırladıqları rəqsləri, mahnıları, şerləri, hazırladıqları səhnəcikləri təqdim edib. Keçəllə Kosanın uşaqların Novruza aid biliklərini yoxlayan əyləncəli, şən oyunları günə, tədbirə başqa bir rəng qatıb. Tədbir iştirakçıların və tamaşaçıların birgə ifa etdikləri birlik, həmrəylik rəmzi olan “Yallı” ilə davam edib.
Tədbirdə həmçinin imkansız ailələrdən olan, uşaqlara bayram xonçaları və Novruz sovqatı təqdim edilib.

Mənbə scfwca.gov.az
Digər xəbərlər

Rəsul Rzanın ev-muzeyi yaradılacaq - SƏRƏNCAM
Prezident İlham Əliyev Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabinetin...

Azərbaycan 59-cu Venesiya Biennalesində təmsil olunur
Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 59-cu Venesiya Biennalesində – Beynəlxalq İncəsənət Sərgisində təmsil olunur...

Tofiq Mirzəyev “Xalq artisti” fəxri adı və “Şöhrət” ordeni ilə təltif edilib
Tofiq İbrahim oğlu Mirzəyevə “Xalq artisti” fəxri adı verilib. Gülüstan.info xəbər verir ki, Prezident İlham Əliyev bununla ba...

Heydər Əliyev Mərkəzində xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçirilib
Heydər Əliyev Mərkəzində xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçirilib. Gülüstan.info xəbər verir ki, Heyd...

Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilib
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı başlayıb. Toplantını Azərbaycan Yazıçılar Birli...

Bu gün “TEKNOFEST Azərbaycan” festivalı işə başlayır
Bu gün Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı işə başlayır. Tədbir 4 gün davam edəcək. “TEKNOFES...

Heydər Əliyev Fondunun dəstəyi ilə “Azərbaycan xalçası-ilmələrin rəqsi” adlı yeni xalça kolleksiyası və kitabı təqdim olunacaq
Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunub saxlanılması, inkişafı və tanıdılmasına ...

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və “AFFFAIR in Carpets” dəfiləsi olacaq
Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçiriləc...