Bakı 26 ℃

USD 1.7
RUB 0.0321
EUR 1.7771
TRY 0.1023
Qızıl 3087.353
Gümüş 35.2303

20.03.2019

Bakıda bir həftə Novruz bayramı əhvalı yaşanacaq

Festival “Sahil bağı”nda mart ayının 24-dək davam edəcək

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, martın 19-dan etibarən Azərbaycanın tarixi ənənələrinin və mədəniyyətinin xarici turistlərə çatdırılması, tarixi kökləri, mahiyyəti və adət-ənənələrinə görə digər bayramlardan fərqlənən Novruz bayramı günlərinin daha maraqlı etmək məqsədilə təşkil olunan festival “Sahil bağı”nda mart ayının 24-dək davam edəcək.

Tədbirlərin keçiriləcəyi ərazi Novruz elementləri və 4 çərşənbəyə müvafiq təbiət rəmzlərinə uyğun dekorasiya edilərək, tematik olaraq bir neçə hissəyə bölünəcək. Həmçinin ərazidə istirahət, satış, səhnə və əyləncə üçün xüsusi sahələr ayrılacaq.

Hər gün saat 11-dən 21:00-dək, xüsusi bayram proqramının təşkil olunacağı 19, 20 və 21 martı əhatə edəcək bayram günlərində isə 23:00-dək davam edəcək şənliklər ərzində dulusçu, xalçaçı, papaqçı, xarrat, kuklaçı, zərgər kimi sənətkarların əl işləri nümayiş etdiriləcək, master-klasslar göstəriləcək, həmçinin həmin məhsulların satışı üçün yarmarka təşkil olunacaq. Festival boyunca məşhur kulinarlar tərəfindən milli mətbəx nümunələri hazırlanacaq, animatorlar çıxış edəcək, əyləncəli və musiqili proqram qonaqlara təqdim olunacaq.

Festivalda UEFA-nın Avropa liqasının finalının brend zonası yaradılacaq, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən futbol meydançası qurulacaq və idmançılarla imza günləri təşkil ediləcək. İlk dəfə olaraq bayram günlərində Novruz personajları – Bahar qız, Kosa, Keçəl,  eləcə də bayramın özü və çərşənbələrin personalizasiyası ilə yeni konsepsiyada musiqili teatr tamaşası (muzikal) nümayiş etdiriləcək. Musiqili teatr 3 gün boyunca axşam saat 8-dən etibarən festival ziyarətçilərinə təqdim olunacaq. Teatrda Novruz bayramı ilə bahar fəslinin sevgisi, xeyir və şərin əbədi mübarizəsi, sonda sevginin və xeyirin qalibiyyəti təsvir olunur.

Mənbə sputnik.az


Digər xəbərlər


Rəsul Rzanın ev-muzeyi yaradılacaq - SƏRƏNCAM

Prezident İlham Əliyev Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabinetin...

Azərbaycan 59-cu Venesiya Biennalesində təmsil olunur

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 59-cu Venesiya Biennalesində – Beynəlxalq İncəsənət Sərgisində təmsil olunur...

Tofiq Mirzəyev “Xalq artisti” fəxri adı və “Şöhrət” ordeni ilə təltif edilib

Tofiq İbrahim oğlu Mirzəyevə “Xalq artisti” fəxri adı verilib. Gülüstan.info xəbər verir ki, Prezident İlham Əliyev bununla ba...

Heydər Əliyev Mərkəzində xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçirilib

Heydər Əliyev Mərkəzində xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçirilib. Gülüstan.info xəbər verir ki, Heyd...

Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilib

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı başlayıb. Toplantını Azərbaycan Yazıçılar Birli...

Bu gün “TEKNOFEST Azərbaycan” festivalı işə başlayır

Bu gün Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı işə başlayır. Tədbir 4 gün davam edəcək. “TEKNOFES...

Heydər Əliyev Fondunun dəstəyi ilə “Azərbaycan xalçası-ilmələrin rəqsi” adlı yeni xalça kolleksiyası və kitabı təqdim olunacaq

Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunub saxlanılması, inkişafı və tanıdılmasına ...

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və “AFFFAIR in Carpets” dəfiləsi olacaq

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçiriləc...