Bakı 27 ℃

USD 1.7
RUB 0.0321
EUR 1.7771
TRY 0.1023
Qızıl 3087.353
Gümüş 35.2303

20.03.2019

Heydər Əliyev Fondu yenə də kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənlikləri keçirilib

Martın 19-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Talassemiya Mərkəzində, Buzovna qəsəbəsindəki 1 saylı psixonevroloji sosial xidmət müəssisəsində, Suraxanı rayonundakı 2 saylı, Nizami rayonundakı 1 saylı və Xətai rayonundakı 3 saylı uşaq evlərində Novruz bayramı münasibətilə şənliklər təşkil edilib

Sosial layihələri, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edən Heydər Əliyev Fondu xüsusi qayğıya ehtiyacı olan və kimsəsiz uşaqlar üçün mütəmadi olaraq bayram şənlikləri keçirir. Ənənəyə sadiq qalan Fond bu təbəqədən olan uşaqlara növbəti dəfə sevinc bəxş edib. İlaxır çərşənbəsi günündə təşkil edilən bayram şənliklərində balacalara əyləncəli proqramlar təqdim olunub. Onlara Novruz bayramının adət-ənənələri barədə məlumat verilib, viktorina və müxtəlif oyunlar keçirilib. Uşaqların sevincini bölüşmək, daim onların yanında olmaq kimi missiyanı üzərinə götürən Heydər Əliyev Fondunun təşkil etdiyi növbəti aksiya sayəsində balacalar daha bir mənalı və yaddaqalan gün yaşayıblar.

Tədbirlərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gələcəyimiz olan uşaqlara diqqət və qayğısından danışıldı. Həmçinin Fondun vitse-prezidenti Leyla Əliyevanın valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla mütəmadi şəkildə görüşdüyü, onların təlim-tərbiyəsi ilə maraqlandığı, uşaqlar və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili üçün təşkil edilən müxtəlif tədbirlər və proqramlarda onlarla birgə olduğu qeyd edilib.

Bayram şənlikləri uşaqların rəngarəng çıxışları ilə davam edib. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar da öz məharətlərini nümayiş etdiriblər, şeirlər söyləyiblər, mahnılar oxuyublar, səhnəciklər göstəriblər.

Daha sonra Heydər Əliyev Fondu tərəfindən bayram süfrəsi açılıb.

Şənliklərdə çıxış edən valideynlər, tərbiyəçi müəllimlər bu xeyirxah işlərin himayədarı olan Heydər Əliyev Fonduna və onun prezidenti Mehriban Əliyevaya, vitse-prezidenti Leyla Əliyevaya minnətdarlıqlarını bildiriblər.


Digər xəbərlər


Rəsul Rzanın ev-muzeyi yaradılacaq - SƏRƏNCAM

Prezident İlham Əliyev Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabinetin...

Azərbaycan 59-cu Venesiya Biennalesində təmsil olunur

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 59-cu Venesiya Biennalesində – Beynəlxalq İncəsənət Sərgisində təmsil olunur...

Tofiq Mirzəyev “Xalq artisti” fəxri adı və “Şöhrət” ordeni ilə təltif edilib

Tofiq İbrahim oğlu Mirzəyevə “Xalq artisti” fəxri adı verilib. Gülüstan.info xəbər verir ki, Prezident İlham Əliyev bununla ba...

Heydər Əliyev Mərkəzində xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçirilib

Heydər Əliyev Mərkəzində xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçirilib. Gülüstan.info xəbər verir ki, Heyd...

Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilib

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı başlayıb. Toplantını Azərbaycan Yazıçılar Birli...

Bu gün “TEKNOFEST Azərbaycan” festivalı işə başlayır

Bu gün Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı işə başlayır. Tədbir 4 gün davam edəcək. “TEKNOFES...

Heydər Əliyev Fondunun dəstəyi ilə “Azərbaycan xalçası-ilmələrin rəqsi” adlı yeni xalça kolleksiyası və kitabı təqdim olunacaq

Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunub saxlanılması, inkişafı və tanıdılmasına ...

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və “AFFFAIR in Carpets” dəfiləsi olacaq

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçiriləc...