Bakı 28 ℃

USD 1.7
RUB 0.0312
EUR 1.7773
TRY 0.1018
Qızıl 3064.709
Gümüş 34.1546

25.03.2019

«İblis» əsəri Türkiyə tamaşaçıları üçün səhnələşdirilir

Azərbaycanlı dramaturq Hüseyn Cavidin Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin teatrında səhnələşdirilən «İblis» tamaşasının məşqləri yekunlaşmaq üzrədir.

Bunu açıqlamasında tamaşanın quruluşçu rejissoru, aktrisa Məlahət Abbasova deyib. 

O bildirib ki, bu il aprelin 17-də tamaşanın primerası keçiriləcək. M.Abbasovanın sözlərinə görə, tamaşada Türkiyənin tanınmış aktyorları — Rıdvan Çələbi, Arifi Gənc, Əmrə Narcı, Nurseli Tırışkan, Şənay Bağ yer alacaqlar. Tamaşanın musiqi tərtibatçısı isə xalq artisti Aygün Səmədzadədir.

Məlahət Abbasova tamaşada İstanbul Şəhər teatrlarında ilk dəfə texnologiyanın yeniliklərindən də istifadə olunacağını deyib: «Müxtəlif mepinklər və səhnə işıqlandırması ilə tamaşanın bir qədər fərqli formatda təqdimatı planlaşdırılır. Əsərin mətnini müasir türk dilinə uyğunlaşdıran dramaturq Hilmi Zəfər Şahin, baş məsləhətçisi isə «Kaspi» qəzetinin təsisçisi Sona Vəliyevadır». 

Hüseyin Cavidin şah əsəri hesab olunan «İblis»in, onun ömrünün çox hissəsini keçirdiyi İstanbulda səhnəyə qoyulmasını yaradıcılığının ən böyük uğuru olduğunu deyən M.Abbasova teatrsevərlərin tamaşanı səbirsizliklə gözlədiklərini bildirib.

Qeyd edək ki, «İblis» tamaşasının yaradıcı heyəti İstanbuldan sonra Bakıda sənətəsevərlərin görüşünə gələcək.

Mənbə report.az


Digər xəbərlər


Rəsul Rzanın ev-muzeyi yaradılacaq - SƏRƏNCAM

Prezident İlham Əliyev Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabinetin...

Azərbaycan 59-cu Venesiya Biennalesində təmsil olunur

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 59-cu Venesiya Biennalesində – Beynəlxalq İncəsənət Sərgisində təmsil olunur...

Tofiq Mirzəyev “Xalq artisti” fəxri adı və “Şöhrət” ordeni ilə təltif edilib

Tofiq İbrahim oğlu Mirzəyevə “Xalq artisti” fəxri adı verilib. Gülüstan.info xəbər verir ki, Prezident İlham Əliyev bununla ba...

Heydər Əliyev Mərkəzində xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçirilib

Heydər Əliyev Mərkəzində xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçirilib. Gülüstan.info xəbər verir ki, Heyd...

Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilib

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı başlayıb. Toplantını Azərbaycan Yazıçılar Birli...

Bu gün “TEKNOFEST Azərbaycan” festivalı işə başlayır

Bu gün Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı işə başlayır. Tədbir 4 gün davam edəcək. “TEKNOFES...

Heydər Əliyev Fondunun dəstəyi ilə “Azərbaycan xalçası-ilmələrin rəqsi” adlı yeni xalça kolleksiyası və kitabı təqdim olunacaq

Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunub saxlanılması, inkişafı və tanıdılmasına ...

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və “AFFFAIR in Carpets” dəfiləsi olacaq

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçiriləc...