14.03.2019

Nənəsi xahiş etdi, prezident dərhal göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə Ağsu şəhər sakini, 1990-cı il təvəllüdlü Zaman Muradov gözlərindən əməliyyat olunmaq üçün Türkiyəyə yola salınıb

Bu barədə açıqlamasında Z.Muradov özü məlumat verib.

O bildirib ki, əməliyyat İstanbul şəhərindəki xəstəxanalardan birində olacaq.

Onu səfərdə Heydər Əliyev Fondunun əməkdaşları müşayiət edir.

“Ümid edirəm ki, hər şey yaxşı olacaq”, — Z.Muradov əlavə edib.

M.Zamanov deyib ki, Prezident İlham Əliyevin onun gözlərindən əməliyyat olunması üçün verdiyi göstərişi televiziya vasitəsi ilə eşidib: “Prezident bizim rayona səfərə gələn zaman nənəm dövlət başçısından xahiş etmişdi ki, müalicə üçün köməklik göstərsin. Mənim bundan xəbərim olmayıb. Mən bunu televiziyada gördüm. Həmin an nə hiss keçirdiyimi ifadə edə bilmirəm. Prezident də elə həmin gün tapşırıq vermişdi və həmin gün də Heydər Əliyev Fondundan mənə zəng etdilər. Fondun əməkdaşları əvvəlcə məni müayinə üçün Bakıdakı xəstəxanalara apardılar. Sonda qərar verildi ki, İstanbulda əməliyyat olunum. Mən valideynlərimi itirmişəm, ailəliyəm və bir övladım var”.

Xatırladaq ki, Prezident İlham Əliyev Ağsuya səfəri zamanı şəhərin Firdovsi küçəsində Həcər Zamanovanın ailəsi üçün inşa edilən yeni üçotaqlı evdə görülən işlərlə tanış olub. Həmin vaxt H.Zamanova nəvəsi Zaman Muradovun gözlərinin əməliyyata ehtiyacı olduğunu bildirib. Dövlət başçısı isə bununla bağlı Heydər Əliyev Fonduna göstəriş verəcəyini demişdi: «Siz narahat olmayın. Lazım olarsa, biz onu xaricə də göndərərik».

Mənbə axar.az


Digər xəbərlər


Bakıda gecəyarısı əsən külək fəsad törətdi - Foto

Bakıda külək bir sıra fəsadlar törədib. «Report» xəbər verir ki, külək paytaxtın Nizami rayonu, İsmayıl Məmmədo...

“Arsenal” Mxitaryanı satmaq istəyir

Henrix Mxitaryan Premyer Liqada çıxış etməyə başladığı 2016-cı ildən bəri yaxşı oyun ortaya qoya bilmir. Üç il əvvəl “Borussiya Dortmund”dan “Mançest...

İtaliyada 3 terrorçu zərərsizləşdirilib

İtaliya polisi 2017-ci ildən axtarışda olan üç terrorçunu həbs edib. Yerli mətbuata istinadla xəbər verilir ki, həbs edilən terrorçular son illərd...

Azərbaycanda daha bir muzey istifadəyə verildi -"Siyasi repressiya qurbanları mu­zeyi" - FOTO

Dövlət Sər­həd Xidmətinin inzibati binasında “Siyasi repressiya qurbanları mu­zeyi”nin açılışına həsr olunmuş tədbir keçirilib. DSX-dən verilən mə...